"2019-cu ildə 4 milyon 740 min sərnişinə xidmət göstərilib". SİA xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.
"2020-ci ilin hazırkı dövrünə qədər isə cəmi 760 min sərnişinə xidmət göstərmişik. Hər il 10 faizlik artımı nəzərə alaraq bu ilin iyun ayına qədər 2 milyon yarıma qədər sərnişinə xidmət göstərməli idik. Lakin, hazırkı rəqəm nə qədər geridə qaldığımızı göstərir" - deyə, Eldar Hacıyev bildirib.
Onun sözlərinə görə, dövlət tərəfindən edilən dəstək nəticəsində "Azərbaycan Hava Yolları"nda fəaliyyət göstərən işçilərin məvacibləri vaxtı-vaxtında verilib və bir nəfər də olsun işçi ixtisara salınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB