Bu dövr ərzində yükdaşımalarda 20-25 faiz artım olub

Bu dövr ərzində yükdaşımalarda 20-25 faiz artım olub

"Aprelin 2-dən Naxçıvana uçuşlar dayandırılıb. Hazırda bu məlumat yenilənib və 1 iyula qədər Azərbaycana beynəlxalq uçuşlar qadağandır". SİA xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov bildirib.

O bildirib ki, beynəlxalq məlumatlar toplusunda mayın 31-dək Azərbaycana uçuşların qadağan olunduğu əksini tapıb: "Beynəlxalq aviaşirkətlər də bu məlumat toplusuna baxaraq qərar verir. Yükdaşımalar və operativ yardımlarla əlaqədar isə uçuşlar davam edib. Bu dövr ərzində yükdaşımalarda 20-25 faiz artım olub. Bu dövrdə çarter reylsəri ilə 25 minə yaxın sərnişin daşınıb. Bu gün Nyu-Yorkdan vətəndaşlarımız Azərbayxana gətirilib".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə