Bəzi dövlətlər COVID-19 pasportu tələb edəcək

Bəzi dövlətlər COVID-19 pasportu tələb edəcək

"Xarici dövlətlərdən vətəndaşlarımızla bağlı hansı tələblər olduğunu soruşmuşuq". SİA xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov bildirib.

Onun sözlərinə görə, Ukrayna, Belarus və Qırğızıstan artıq bununla bağlı cavab göndərib: "Bəzi dövlətlər COVID-19 pasportu tələb edəcəyini bildirib. Sərnişinləri karantinə götürəcək dövlətlərindən bəzilərində isə bu karantinin kimin hesabına olacağı aydın deyil".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə