Azərbaycan bu ölkələrlə uçuşları bərpa etmək istəyir

Azərbaycan bu ölkələrlə uçuşları bərpa etmək istəyir

"Türkiyə, Macarıstan, Qazaxıstan və Rusiya aviaşirkətləri Azərbaycana uçuşları bərpa etmək istəyir". SİA xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov deyib.

O qeyd edib ki, son günlər ərzində koronavirusa yoluxanların sayı artıb: "Hava daşınması zamanı insanlar uzun müddət qapalı məkanda olur. Eyni zamanda təyyarə bir neçə ölkənin hava məkanı üzərində uçur və başqa ölkəyə enir. Ona görə də hazırlanan qaydalar sərnişinlərin sağlamlığını qorumaq məqsədi daşıyır. Beynəlxalq Mülki Aviasiya Təşkilatı və digər təşkilatların tövsiyələri nəzərə alınaraq müvəqqəti qaydalar hazırlanıb. Artıq məlumat aldıq ki, Nazirlər Kabineti bu qaydaları təsdiqləyib".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə