Azərbaycanda uçuşlar üzrə sərnişin daşımalarının təşkili qaydaları təsdiq edilib OPERATİV QƏRARGAH

Azərbaycanda uçuşlar üzrə sərnişin daşımalarının təşkili qaydaları təsdiq edilib OPERATİV QƏRARGAH

Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq edilib. SİA xəbər verir ki, qərarda deyilir:

"Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları"na uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə