"1 iyul tarixinə qədər beynəlxalq müntəzəm uçuşlar qadağandır. Hava nəqliyyatı ilə yükdaşınmaların həyata keçirilməsinə isə heç bir qadağa qoyulmayıb. Çarter reysləri davam etdirilir. Bu müddət ərzində həm Londondan, Romadan, həm də Nyu Yorkdan vətəndaşlarımız ölkəyə gətirilib. Xaricə müntəzəm reyslərin bərpası haqqında isə düşünürük. Müvəqqəti qaydalar hazırlanıb və Nazirlər Kabineti təqdim olunub". SİA-nın verdiyi məlumata görə, Bunu Nazirlər Kabineti yanında Operativ qərargahın bu gün keçirilən iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov deyib.
A.Məmmədov bildirib ki, hazırlanmış müvəqqəti qaydalar həm hava limanlarında çalışan əməkdaşların, həm də vətəndaşların sağlamlığına yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB