"Mərkəzi Gömrük Hospitalı koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimli tibb müəssisələri sırasına daxil edildiyindən hospitaldakı bütün digər xəstələr köçürülüb". Bu sözləri SİA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Mərkəzi Gömrük Hospitalına koronaviruslu xəstələrin köçürülməsi prosesinə hazırlıqla əlaqədar hospitalın digər xəstələrinin vəziyyəti haqqında məlumat verərkən deyib.
Onun sözlərinə görə, Mərkəzi Gömrük Xəstəxanasında müalicə alan xəstələrin çoxu evə buraxılıb: "Mərkəzi Gömrük Hospitalındakı bütün xəstələr köçürülüb. Burada müalicə alan xəstələrin çox faizi evə yazılıb. Bunlar artıq sağalmış və evə çıxacaq xəstələr olub. Evə yazılacaq xəstələrlə yanaşı digər müalicə alan şəxslər isə Mərkəzi Gömrük Hospitalı tərəfindən başqa xəstəxanalara köçürülüb".
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalı koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimli tibb müəssisəsi sırasına daxil edilib. Artıq bu gündən etibarən hospitalda xəstə qəbulunu dayandırılıb və pandemiya ilə əlaqəli xəstələrin müalicəsi üçün hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB