Pandemiyadan minimum itki ilə çıxmaq üçün qaydalara riayət etməliyik
COVİD-19 infeksiyası başlayandan bəri ölkəmizdə koronavirusa qarşı mümkün olan bütün tədbirlər vaxtında həyata keçirilməyə başlandı və dövlətin, cəmiyyətin bütün resursları bu istiqamətdə səfərbər edildi.
Əgər pandemiyaya qarşı mübarizənin effektli aparılması üsullarına diqqət yetirsək, burada üç mühüm istiqamətə diqqət etməyimiz lazımdır; birincisi, dövlətin, ikincisi cəmiyyətin davranışları, üçüncüsü isə alınan tədbirlərin doğruluq payının dərəcəsi. Azərbaycanda hər üç istiqamət üzrə işlər düzgün təşkil edildi.
Elə Prezident İlham Əliyevin iyunun 9-da daha üç modul tipli xəstəxananın açılışı zamanı həkim kollektivi ilə görüşündə çıxışı zamanı məhz bu məsələlərə bir daha toxunaraq qiymətləndirmə aparması ölkəmizdə koronavirusa qarşı aparılan mübarizənin nə qədər effektli olduğunu göstərdi. Hər şeydən öncə qeyd etmək lazımdır ki, yeni açılan xəstəxanalar “COVİD-19” pandemiyasının Azərbaycanda yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb etməklə ölkəmizin səhiyyə sistemində əlavə 2000 çarpayılıq ehtiyat yaratdı. Bununla da ağır xəstələr üçün çarpayı sayı təqribən 7 minə çatdırıldı. Başqa bir məsələ xəstəxanaların quraşdırılmasında özəl sektorun fəaliyyətinin artmasıdır ki, bu da mühüm hadisədir. Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün müraciətlərində məsuliyyətli olmağa, evdə qalmağa çağırışlar əsas yer tutur. COVID-19-a qarşı vaksinin nə zaman hazırlanacağını və xəstəliyin tez və effektiv müalicə üsulunun nə vaxt tapılacağını bu gün dəqiqliklə heç kim deyə bilmir. Ona görə də heç bir halda sayıqlığımızı itirməməli, ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik. Belə əziyyətlə nail olduğumuz müsbət nəticələri sıfıra endirərək itirmək yolverilməzdir. Laqeydlik hər birimizə, yaxınlarımıza, ölkəmizə real təhlükə törədəcək. Hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik.
Koronavirus pandemiyası hər bir ölkənin sosial-iqtisadi həyatına da özünün mənfi təsirini göstərib və göstərməkdədir. Bu baxımdan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiyanın ölkə iqtisadiyyatına və insanların sosial vəziyyətinə təsirini minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirilir. Belə ki, əhalinin sosial təminatının yaxşılaşdırılması və pandemiya zamanı iqtisadi fəal qurumların, aztəminatlı insanların qorunması istiqamətində sosial-iqtisadi paket həyata keçirilməkdədir. Bütün bu addımlar bütün dünyanın aparıcı qurumlarının etiraf etdiyi COVID-19-la mübarizədə uğurlu Azərbaycan modelinin meydana gəlməsinə səbəb olub.
Özünütəcrid koronavirusla mübarizədə əsas amil olduğu halda, özünəqapanma, depressiyaya düşmə uğursuzluğa yol açar. Bunun üçün məsuliyyətli olaq, qaydalara riayət edək, özümüzə qapanmayaq, pozitiv olaq, evdə qalaq ki, koronavirusla mübarizənin qaliblərinə çevrilək.
Tamara Süleymanova, 192 saylı uşaq bağçasının direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB