Çariça Tamaranın hakimiyyəti dövründə türk xalqları üçün xarakterik olan at və qoç daş heykəlləri şəklində qəbirüstü abidələr geniş yayılmışdır. Qıpçaqlar pravoslav xristian dinini qəbul etmişdilər. Buna görə də onlar erməni monofizit etiqadını qəbul edə bilməzdilər. Gürcüstanın başqa bölgələrində xristian qəbirüstü abidələrində türk xalqları üçün xarakterik olan geyim və ayaqabısı olan insan təsvirlərinə təsadüf olunmuşdur. ”Mahiyyətcə “qızıl əsr” gürcü çarlığını (Qurucu David, III Giorgi və çariça Tamara dövrünü) qarışıq türk-gürcü dövləti hesab edirlər”.
Cənubi Qafqazda türk qıpçaqların müasir nəslinə gəldikdə onlara ait hissəsi Gürcüstanda pravoslav xristian kimi gürcülərlə qovuşmuş (müxtəlif qiymətləndirmələrə görə 20% gürcü familiyası türk mənşəlidir), bir hissəsi geri dönmüş və islama qayıtmışdır. Onların bir hissəsi yaşadıqları yerdə qalmış, oradan müsəlman hökmdarlarının hakimiyyəti altına keçdikdən sonra islamı qəbul etmiş, Azərbaycan xalqının bir hissəsinə çevrilmişlərr. Hətta Qaraqoyunluların hakimiyyəti dövründə də dəfn zamanı at və qoç kökənli və çöl türklərinə məxsus geyim əşyalarının təsviri olan qəbirüstü abidələr qorunub saxlanmışdır. Gürcüstanda türk qıpçaqların nəsilləri Borçalı türkləridir. Əfsanəyə görə onların bir çoxu türk-qıpçaq tayfalarının nəsilləridir.
Firudin Cəlilov yazır:” Xristian qıpçaqlar təkcə Alban elində deyil, Güney Qafqazın bir çox bölgələrində, Anadolunun quzey-doğu bölgələrində və indiki Gürcüstan ərazilərində də vardı. Hətta, Tiflis şəhərinin göbəyində son çağlara qədər Qıpçaq-vəng adlı kilisə sökülüb yerində gürcü kilisəsi tikilənəcən dururdu. Dədə Qorqud eposunda oğuzlar təkcə Alban xristian qıpçaqları ilə deyil, Gürcüstanda xristian qıpçaqlarla da savaşırdı.
Borçalıda, özəlliklə, indi Bolinisi və Dmanisi adlanan bölgələrdə islamaqədər tikilmiş xeyli qıpçaq vəngi vardı. Bunlardan bir neçəsinin adını B.Arveladze qeyd etmişdir: Kəpənəkçi, Şəmşiberdi, Şiştəpə, Kolagir, Güvəc, Qundaxsaz, Kizikilisə, Qarabulax, Xaçın, Kəkliy, Aruxlu, Qaraxu, İncoqlu, Atakişi, Azman, Xaçmağara. Takayşvilinin (1952) qeyd etdiyi Çorox vadisindəki Dördkilisə abidəsini də bu sıraya əlavə etmək olar.
Leonti Mroveli (XI əsr) gürcü qaynaqlarına görə, hələ İskəndərin yürüşündən öncə Kürün yuxarı axarlarında "barbar tayfaları"n (buntük və ya qıpçaq) yaşdıqları haqqında yazmış, başa qaynaqda Gücütan çarı Vaxtang Gorgasalı (V əsr) oset ve qıçqlar nümayəndələrini qəbul etdiyi qeyd olunur. Bu bilgilə anaxronizm də ola bilə, ancaq X əsrdə sonar gücü qaynaqlarıı birbaşa təmasda olduqları "qıpçaq" adlı xalqdan bəhs etməsi gerçək durumu əks etdirir, belə ki, gerçək durumu XII əsrdə bir gürcü yazarıı "komanlar qıpçqlardı" deməsi də aydın göstərir. Kartli tarixində bəhs edən "Kartlis Tsxovreba" qıpçaqlarla bağlı xeyli bəlgələr vardı.
Quzeydə qıpçqların Gürçüstana gəlib yerləşmə tarixi dəqiq bilinməsədə Kuman-qıpçaq boylarının qədim tarixini Monqolus tan da deyil, Ön asiyada axtarmaq gərəkir, onların ilkin miqrasiyasının da doğudan batı yönlərə VIII-X əsrlərdə deyil (bu sonrakı geri dönmələrdir), m.ö. IV-I minillərin müxtə lif çağlarında Ön Asiyadan ayrı-ayrı qıpçaq dil li boyların Azərbaycan üzərindən Orta Asiya və Quzey Qafqaz yönlə rində olması baxışı gündəmə gəlməlidir.
Belə ki, "sirboyları qıpçaqdilli idi" baxışına yol açmaqla kuman-qıpçaq tarixinə baxmaq daha önəmlidir, çünki kuman və qıpçaq adları altında bir sıra subetnik - öz adı olan boylar olmuşdur. Türk etnonimika qaydalarına uyğun siraketn oniminin sır boy adından yaranmışsa (sir-ak), onda batıya ilk qayıdan qıpçaqdilli siraklar Sır-Dəryaya adını verən, göytürk yazılarında "sır-budun, türk-sır budun" deyimlərində adı keçən sir boyu ilə bağlıdır. Alanlarla birlikdə Xəzərin quzeyilə I əsrdə Quzey Qafqaz üzərindən Azərbaycana gələn sirakların bir bölümü Kürün solundakı Qarayazıda yerləşdi, bura Sirak çölü adlandı, sonra burada (Qardabanın Lal kəndində) 628-ci il olayında adı keçiən xristian türklərin "Metseke-vəng" kilisəsi ortaya çıxır. Sirakların bir bölümü də Arpa (Axur yan) çayı bölgələrində oturdu, bura da Sirak-yurdu, Sirakene adlandı və burada salınan bir qəsəbəyə Sirak-avan (Şirak-avan) adı verildi. Bu Sirak elindəki Qıpçaq adlı kəndə yaxın Qıpçaq-vəng monastırındakı bir yazıda da "Kıp çak Kubasar" və oğullarının adı keçir.
Göründüyü kimi, qıpçaqdilli sirak boyu göytürk yazıların da adı keçən sir boyunun qıpçaqdilli olması baxışına daha qədim əlavə bəlgələr verə bilir. Ona görə də, kuman qıpçaq boylarının daha qədim On Asiyadakı tarixini araşdırmaq çox önəmlidir. Təkcə Bizans kilisəsi deyil, Roma Katolik kilisəsi də xristian türklərin yaşadıqları bölgə xalqları içində asimiliyasiya olunmasına çalışırdı. Bunun üçün misionerlik yolu ilə türklərin arasında təbliğat aparır, xristian türkəri orduya cəlb edib yüksək rütbələr verirdilər. Malazgird savaşında (1071) Bizans ordusunun içində xeyli türk əsgəri vardı, ancaq onlar Alp Arslanın tərəfinə keçib bizanslılara qarşı vuruşdular.
Bugün doğu qıpçaq (qazax, noqay, qaraqalpaq, qırğız və b.) dilləriylə quzey və batı qıpçaq (tatar, başqord, qaraçay-balkar, kumuq, karaim) dilləri arasında müəyyən fərqlər vardır, ancaq qıpçaqların xristian mətnlərinin dili oğuz-qıpçaq sintezilə onlardan kəskin fərqlənir.
Xristian qıpçaq mətnlərində türkməncə sözlərinə nadir hal da rast gəlmək olur, daha çox kıpçak tili, bizim til, tatarça deyimləri işlənir. Burada olan sözlərin çoxu mənasına görə Azərbaycan danışıq dilində işlənən bugünkü variantı ilə eynidir. Metal və heyvan adları: altun, temir, kümüş, aslan, börü, sığır, inek, xoyun, it, eşək, toñuz; Qıpçaq sözləri nitq hissələrinə görə də oğuz dillərindən o qədər də fərqlənmir: əvəzliklər - men, sen, ol, biz, siz, öz, bu; saylar - toxuz, beş, üç, tümən; Ən çox işlə nən feillər, örnəyin: añla-, ayır-, ax-, bax-, öl-, iç-, biç-, bük-, bil-, bişir-, çıx-, et-, ez-, kes-, gülümsün-, oyna-, sanç-, sağalt-, sor-, soy-, tanı-, toğ-, toldur-, tök-, tökül-, tüş-, tik-, üz-, yat-, unut-, uyut-, uyu-, yay-, yaz-. Eyni durumu digər sözlər də əks etdirir: ağaç, ağu, ağır, açıx yer, açközlü, ant, ayax, baş, bilək, bilik, biliksiz, boş, butax, bütün, buyrux, çiçək, erkək, boşlux, burun, köñül, ölümsüz, soñra, süt, teñiz, ortax, tez, tolu, tişi, töşək, tütün, uzunlux, üçün, yük, yanax, yañlış, yumrux, yoldaş, yazıx, yuxu, kün toğuşu, kün batışı. Bəzi qıpçaq sözlərisə daha qədim for ma və anlamı ilə diqqəti çəkir: körklü - gözəl, törə yeri - məhkəmə, teñri - tanrı, uçmax - cənnət, oltur - otur-, keltir - gətir-, suv - su, ilgəri - irəli, çatlavuq - fındıq, ayt - söylə-, alğış - dua, salkun - hava.
Xristian toplumda şox önəmli sayılan "Törə Bitigi" kimi xristian kumanqıpçaq dilinə aid yazılmış "Codex Cumanicus" əsəri də önəmlidir. Adətən, bu bitiyin yazılma tarixinin başlanğıcını birinci səhifədə qeyd olunmuş 1303 tarixilə bağlayırlar, A.N.Samoyloviç isə əl yaz manın 1294-dən başlandığını, ilkin bölü mün daha öncəyə aid olduğunu, ancaq üzərində bir neçə katibin əlavələr etdiyi ni, 1303-dən də üzü köçü rülməyə başlandığını qeyd edir.
Klaprot yazdığı məqalə ilə (1828) bitiyin elmi dairələrdə tanınmasına və üzərində elmi araş dırmalar aparılmasına səbəb oldu, ancaq ilk mükəmməl araşdırmanı 1880-də macar alimi Géza Kuun uğurla başa vurub, geniş şərhlə bu kitabı nəşr etdi. Burada xristian dini mətnlər də yer almışdır.
Vahid Ömərov,
AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB