"Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə aparılan müzakirələrin nəticəsi olaraq avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qərar verilib". Bu sözləri SİA-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.
Belə ki, o, bəzi marşrutlarda sürücülərin sərinlədirmə (kondisioner) sistemlərini işə salmaqdan imtina etməsinə münasibət bildirərkən deyib ki, bu qərar yenicə qəbul edilib: "Sürücü düz məruzə edib. Sərinləndirmə sistemlərinin işə salınması qərarı yenicə qəbul edilib. Sərinləndirmə sistemlərinin işlədilməsi mütəxəssislərin tövsiyə etdiyi qaydalar nəzərə alınmaqla həyata keçiriləcək. Bununla bağlı daşıyıcı şirkətlərə də müvafiq tapşırıqlar verilib və mərhələ ilə sərinləndirmə sistemləri işə salınması təmin olunacaq.
Bir daha sərnişinlərimizə göstərdikləri anlayış üçün təşəkkür edirik. Həmçinin, bildiririk ki, nəqliyyat mübadilə mərkəzlərində, dayanacaqlarda və avtobuslarda maskadan istifadə qaydalarına mütləq şəkildə əməl olunmalıdır".
Qeyd edək ki, sərnişinlərə şəhərimizin bir sıra marşrutlarında icazə verilmədiyinə görə, sərinləndirmə sistemlərinin işə salınmasının mümkün olmadığı bildirilirdi.
Bundan əvvəl Operativ Qərargahın brifinqində TƏBİB-in sədri Ramin Bayramlı sərinləndirmə sistemlərinin havanı dövr etdirdiyindən yoluxma riskini artırdığını vurğulamışdı. Buna görə bu sistemlərin işə salınması sual altında idi. Bu gündən isə sərinləşdirmə sistemlərinin işə salınmasına qərar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB