"Koronavirusa yoluxanların sayı kəskin arta bilər" ÖZƏL-MÖVQE

"Koronavirusa yoluxanların sayı kəskin arta bilər" ÖZƏL-MÖVQE

"Karantin rejimi yumşaldılandan sonra bir sıra ticarət mərkəzləri, parklar, əyləncə yerləri açıldı və insanlar kütləvi şəkildə küçələrə axışdılar. Ancaq təəssüf ki, insanların əksəriyyət heç nə olmamış kimi, nə tibbi maskalardan istifadə edir, nə də ki, sosial məsafə saxlayırlar". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

"Yay ayları olduğuna görə rayonlara gedənlər də həmçinin. Ələlxüsusus, ənənəvi turizm infrastrukturunun inkişaf etdiyi bölgələrdə virusa yoluxanların sayı çoxaldı. Bu da birbaşa hər bir insanın özündən, yəni, gigiyenik qaydalara necə riayət etməsindən asılıdır. Düşünürəm ki, regionlarda karantin rejiminin tətbiqinə ehtiyac yoxdur. Sadəcə mövcud, artıq özünü təsdiq etmiş qaydalara riayət etmək lazımdır. Bu xəstəliklə bağlı daim maarifləndirmə işləri aparılmalıdır. Əks halda koronavirusa yoluxanların sayı kəskin artacaq", - deyə deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə