Masallı rayonunda ağac əkini ənənə halını alıb. Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov rayona rəhbərlik etdiyi dönəmdə rayon ərazisində ümumlikdə 63802 ədəd meşə cinsli sərv, göyrüz, tuya, Xan çinar, leqüstr, Eldar şamı, katalka, çinar, küknar, kiparis, palıd qozaları və iqlimə uyğun digər ağaclar əkilib.
Bunlardan əlavə Masallı rayonunun Güllütəpə ərazisinin Tatyanoba kəndində 3 min ədəd meyvə ağacı, ərik və heyva, eləcə də 800 kiloqram palıd toxumu səpilib. Pandemiya dövründə də sosial məsafə saxlanılmaqla yol kənarlarına xeyli ağac və gül kolları əkilib ki, bu da insanların ənənəyə sadiqliyinin nümunəsidir.
Belə ki, son dövrlər Ərkivan, Öncəqala, Həsənli, Sərçuvar və Könhə Alvadı ərazilərində ümumlikdə 1500-2000 ədəd ağac və gül kolları əkilmişdir və ümumən rayon üzrə ağac əkinləri davam etdirilir.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB