Millət vəkili: “Surroqat ana” məsələsinin bizim qanunvericilikdə yer alması hələlik özünü doğrultmaz”
"Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsində "surroqat ana" anlayışı və cinsi toxumaların donorluğu məsələsi bir çox millət vəkilləri tərəfindən anlayışla qarşılanmayıb. Ona görə də qanun layihəsi hələlik gündəlikdən çıxarılıb". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. O bildirib ki, bu layihə gündəlikdən çıxarılsa da komitənin iş planında qalır. Millət vəkilinin sözlərinə görə, ola bilsin ki, may ayında bu qanun yenidən komitədə müzakirə olunsun. Bunun çox proqressiv bir qanun olduğunu deyən M.Quliyev vurğulayıb ki, əgər bu qanunun qəbulunda gecikiriksə, deməli bir çox problemlərimizin, xüsusilə boşanma probleminin həllində gecikirik. Boşanmaların ildən-ilə artdığını deyən millət vəkilinin fikrincə, bu qanun müzakirə çıxarılanda sonsuzluğa görə boşanma halları 13 faiz idisə, indi artıq bu rəqəm 15 faiz olub.
"Bir az layihədə dəyişikliklər aparılmalı, xüsusilə cinsi toxuma donorlarının sayı ilə bağlı konkretləşdirmə həyata keçirilməlidir. Əvvəlcə bu sayda məhdudiyyət qoyulmamışdı. Ancaq biz bir çox ölkələrin təcrübəsindən öyrəndik ki, bir donor yalnız 3 uşağın dünyaya gəlməsində iştirak edə bilər. Biz onu 2-yə endirə bilərik", - deyə o əlavə edib.
"Surroqat ana"nın yenidən qanunvericilikdə yer almasına gəlincə, millət vəkili qeyd edib ki, bununla bağlı bir çox problemlər var. Onun sözlərinə görə, bu problem həm etik, həm də hüquqi məsələlərlə əlaqədardır: "Ona görə də düşünürəm ki, "surroqat ana"nın bizim qanunvericilikdə yer alması hələlik özünü doğrultmaz. Çünki bir çox dünya ölkələrində "surroqat ana" problemi sonradan bir çox məhkəmələrə və sonu olmayan çəkişmələrə gətirib çıxarır. Hətta görürsən ki, "surroqat ana" hamiləliyin müəyyən dövründən sonra övladı verməkdən imtina edir, özünün valideynlik iddiasını irəli sürür. "Surroqat ana" daşıyıcı analıq dövründə xəsarət, əlillik alırsa, buna görə ödəniş qaydalarının müəyyənləşdirilməsi çox çətin problemdir. Hətta Amerikanın özündə belə hallar olduğu halda "surroqat ana" praktikasının olmasına baxmayaraq, onlar da bu məsələnin hüquqi və iqtisadi həllini tapa bilmirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB