“Milli birlik və yüksək məsuliyyət karantin dövrünün əsas tələbidir” - MÖVQE

“Milli birlik və yüksək məsuliyyət karantin dövrünün əsas tələbidir” - MÖVQE

"Millətin, xalqın formalaşmasında ən vacib amil ortaq tale, ortaq tarix anlayışlarıdır. Müdrik Azərbaycan xalqı tarixin bütün sınaqlarından üzü ağ, vahid, bölünməz şəkildə çıxa bilmişdir". Bu firirləri «Səs» qəzetinə aciqlamasinda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib. Heç bir siyasi, hərbi, dini vasitə tarix boyunca Azərbaycan xalqının bütövlüyünü sarsılda bilməmişdir, - deyən rayon təşkilatinin sədri bildirib ki, xalqımız bütün manelərə rəğmən öz milli şüurunu, düşüncə tərzini qoruyub, saxlaya bilmiş, güclü millət, xalq kimi formalaşmışdır: "Əlbəttə ki, bizi birləşdirən bayramlar, zəfərlər, xoş, firəvan günlər olduğu kimi taleyimizə yazılan çətin, ağrılı, qara günlərində olması bizi bir-birimizə daha da yaxınlaşdırmış, vahid milli şüurun möhkəmlənməsinə xidmət etmişdir. Çox da uzaq keçmişə getmək lazım deyil, cəmi 102 (yüz iki) il əvvəl ermənilər tərəfindən edilmiş soyqırımlar, 90-cı illərin əvvələrində başımıza gətirilən “20 Yanvar”, Xocalı hadisələri, dövlətçiliyimizin ilk illərində torpaqlarımızın işğalı Azərbaycan xalqının düşmənlərini sevindirsə də, arzuları çin olmamışdır. Azərbaycan xalqı dağılmamış, əksinə özü üçün qaranlıqdan aydınlığa çıxmağa bir işıq, bir nur, bir ziya tapa bilmişdir. Bu ziya Ulu Öndər Heydər Əliyevin “Müstəqil Azərbaycan” ideyasıdır. Bu işıq Heydər Əliyev zəkasının nurudur. Bu günlərdə növbəti il dönümünü qeyd edəcəyimiz “Milli Qurtuluş Günü” Azərbaycan xalqının müstəqil şüürunda təqzib edilməz və danılmaz izlər qoymuşdur. Biz Ulu Öndər sayəsində məhf olmaqdan, parçalanmaqdan, qardaş qırğınından xilas ola bildik".

Bu günlərdə xalqımız yenidən bütün dünya xalqları ilə yanaşı yeni bir təhlükə ilə qarşı-qarşıya qalmışdır. Bu dəfə ki, təhlükə, qorxu, həyacan digərlərindən fərqlənir və çox ürküdücüdür. V.Seyidovun sözlərinə görə gözə görünməz düşmənin hənirinin bu dəfə xalqımıza daha ciddi problemlər yaratmaqdadir: "Əhalisinin sayından, iqtisadiyyatının miqyasından, coğrafi mövqeyindən, milli, dini mənsubiyyətindən asılı olmayaraq bütün dünya xalqları kimi doğma xalqımız da ”koronavirus covid 19” pandemiyasının fəsadları ilə qarşı-qarşıya qalmışdır. Bir çox böyük iqtisadi, sosial inkişafa malik qərb dövlətləri belə, bu vaxtsız və vaksini hələ də, elmə məlum olmayan virusun törətdiyi fəsadlar qarşısında acizdir".

Dövlətimiz tərəfindən bütün təxirə salınmaz işlər görülməkdədir- deyən rayon təşkilat sədri onu da diqqətə catdirdı ki, xalq olaraq biz bu dəfə də, milli amallar uğruna birləşməliyik: "Unutmayaq ki, sağlamlığımız həmrəyliyimizdədir. Biz vahidləşə bildikcə, bütövləşə bildikcə millətimizin qarşısında heç bir əngəl qalmayacaqdır. Əslində Azərbaycanda müstəqilliyimizin ilk illərində əsası Ümummilli Lider, Müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyev tərəfindən qoyulmuş Milli birliyimizin, dövlət-vətəndaş həmrəyliyimizin, xalq-iqtidar əlaqələrinin nə qədər güclü təməllərə malik olduğunu karantin günlərində xalqımız bir daha nümayiş etdirdi. Hər bir vətəndaş öz hüquqlarını bildiyi kimi vəzifələrinin də, fərqinə vardı, dövlətinin və rəhbərinin ətrafında sıx, möhkəm və monolit şəkildə birləşdi. Deməliyəm ki, aprel, may aylarında tədbiq olunan karantin rejimi ölkəmizdə virusla mübarizədə hiss ediləcək dərəcədə, müsbət təsirlərlə yadda qaldı. Qeyd etməliyəm ki, “Koronavirus-Covid 19” pandemiyası hələ ölkə hüdudlarından çox uzaqlarda ikən Azərbaycan Respublikası Prezidenti və höküməti bütün etimalları dəyərləndirərək, lazımi addımlar atmış, virus təhlükəsinin ölkə ərazisində fəsadlarının minumuma endirilməsi üçün tədbirlər görmüşdür.

Karantin müddəti, təcrid qaydaları, bu müddət ərzində vətəndaşların evdə qalarkən bütün sosial xidmətlərlə təmin olunması Dövlət başçısı Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarəti və qayğısı ilə həyata keçirilmişdir.

Azərbaycan Respublikası sosialyönümlü dövlətdir. Azərbaycan Respublikası bir çox sahədə olduğu kimi əhalinin sosial-iqtisadi inkişaf istiqamətlərində böyük tərəqqi əldə etdiyini bu ağır günlərdə bir daha nümayiş etdirdi. Işləyən vətəndaşların əmək haqqları ödənilməklə məcburi məzuniyyətə göndərilməsi, 600 min(altı yüz min) işsiz vətəndaşımıza iki aylıq karantin müddətində 190 manat dəyərində birdəfəlik ödənişlərin verilməsi, sahibkarlara vergi güzəştlərinin tədbiq edilməsi, ödənilmiş vergilərin bir qisminin geriyə ödənilməsi və böyük ticarət mərkəzlərində kirə haqqlarının alınmaması həm pandemiya həm də, postpandemiya müddətində vətəndaşların yenidən öz normal həyatlarına qayıtması üçün dövlətin atdığı mütərəqqi addımlardandır. Bir sözlə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ən çətin günlərdə dövlət-vətəndaş həmrəyliyinə ən böyük töhfəni vermiş oldu. Dövlətimizin başçısı hər bir vətəndaşın Prezidenti olduğunu bir daha sübut etdi.

Biz vətəndaşlar da öz növbəmizdə dövlətimizin bizə göstərdiyi qayğını, diqqəti və hörməti doğru qiymətləndirməli, üzərimizə düşən məsuliyyəti dərk etməliyik.

Ümumiyyətlə deməliyəm ki, yumuşaldılma dövrünə qədəm qoyulduqdan sonra bütün xəbərdarlıqlara rəğmən təəssüf ki, bəzi vətəndaşlarımız sosial məsuliyyətlərini unudaraq, karantin qaydalarına, sosial məsafə və qoruyucu tibb vasitələrdən istifadə edilməsi məsələsinə laqeyd yanaşmışlar. Xusüsi ilə qeyd etmələliyəm ki, milli birlik və yüksək məsuliyyət karantin dövrünün əsas tələbidir. Çox acınacaqlı haldır ki, dəfələrlə dövlət başçısının özü belə bu məsələdə vətəndaşları məsuliyyətə dəvət etməsinə rəğmən, özü tibbi maska taxaraq nümunə olmasına baxmayaraq, bəzi məsuliyyətsizlər həm öz sağlamlıqlarını, həm də cəmiyyətin sağlamlığını düşünmədən təhlükəyə atırlar. Yazının əvvəlində də, qeyd etdiyim kimi tarixin danılmaz faktıdır ki, Azərbaycan xalqı müdrik xalqdır. O böyük bəlalardan məğrur çıxmağı bacarmışdır".

"Azərbaycan cəmiyyəti bütün dünyaya öz tolenrantlığı, qarşılıqlı anlayışı, çox millətli, çox partiyalı demokratik cəmiyyət kimi nümunə göstərilir", -deyən V.Seyidov vurguladi ki, qarşılıqlı fikirlərə hörmət edilməsi, əks düşüncələrin müzakirələr yolu ilə ortaq məxrəcə gətirilməsi, eyni olmayan fikirlərin zənginlik hesab olunması Azərbaycan xalqının həm böyüklüyünün, həm də insan haqları və azadlıqlarına verdiyi dəyərin bariz nümunəsidir: "Əlbəttə, dövlət başçısı, qanunlar, hakimiyyətin hər üç qolu Azərbaycanda demokratik, azad cəmiyyətin formalaşmasına və inkişafına xidmət edən amillərdir. Hakimiyyət orqanlarının ən vacib qollarından biri Azərbaycan polisidir. Azərbaycanda insanların xöşbəxt yaşamasını, milli-mənəvi dəyərlərə hörmətlə yanaşılmasını, ictimai asayişin , insanların sağlamlığının, mülkiyyətinin, şərəf və ləyaqətinin qorunamasını bir başa təmin edən, qanunla hüquq və vəzifələri dəqiq müəyyən olunmuş, hərbiləşdirilmiş, xüsusi rütbə daşıyan icra hakimiyyəti orqanının təmsilçiləridir polislər. Polislərimiz eyni zamanda öz cəmiyyətimizin üzvləri, kimimizin qardaşı, kimimizin atası, kimimizin oğludur. Onlar həyatlarını Azərbaycan xalqına həsr etmiş fədailərdir. Heç bir fiziki, mənəvi məhdudiyyətlərə baxmayaraq Azərbaycan xalqına, onun dəyərlər kodeksinə ləyaqətlə xidmət edən polislərimizə qarşı bütün təhqir, hücum və təyziqləri şiddətlə qınayıram və pisləyirəm. Heç kim unutmasın ki, Azərbaycanda müxtəlif xarici düşmən qüvvələr və daxili anti-milli ünsürlər hesabına Azərbaycan polisinə dil uzadanlar, zibil atanlar əlbəttə qanunla müəyyən olunmuş cəzalarını ən sərt şəkildə alacaqlar. Heç kimə imkan vermək olmaz ki, Azərbaycan Respublikasının dövlətçilik atributlarını öz şərəfli uniformalarında daşıyan polislərə qarşı əxlaqsız və mənəviyyatsız addımlar atsın. Həqiqətən indi mövcud vəziyyəti nəzərə alanda görürük ki, cəmiyyət virusun təsiri ilə sanki, bir gərginlik içərisindədir. Dövlət başçısının bütün cəhdləri vətəndaşların xöşbəxt yaşaması üçündür. Lakin hər zaman insanların fərdi problemləri olub, həmişə də,olacaq. Bunlar subyektiv səbəblərdən yaranmış sosial problemlər, mənəvi sıxıntılar, məişət problemləri ola bilər. Hər vətəndaş bir şəxsiyyətidir. O, ailə başçısı, oğul, qız, ana, atadır. Hər vətəndaşımızın qayğıları ola bilər. Hesab edirəm ki, necə ki, vətəndaşlarımız polislərimizə, qanunlarımıza hörmətlə yanaşır, eləcə də polislərimiz onlara verilən səlahiyyətdən kənara çıxmamalı, qanundan kənar güc istifadə etməməli, ümumiyyətlə məcbur qalmadıqca güc istifadəsindən qaçınmalıdırlar. Cəmiyyətdə, xidmət apardıqları ərazilərdə maarifləndirmə işini yüksək səviyyədə təşkil etməli, insanlara anlatmalıdırlar ki, karantin dövründə polisin əsas məqsədi insanların saxlanması, həbsi deyil, onların sağlamlığının təminatıdır. Təklif edirəm ki, xidmətə çıxan hər bir polis nəfəri, polis zabiti ilə maarifləndirici-psixoloji iş aparılsın ki, onlar da öz məsuliyyətini bir daha artırsınlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirmişdir ki, aparılan bütün sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Heç bir kəs Azərbaycan Respublikasının Prezidentinin apardığı siyasətə kölgə sala, onunla vətəndaşlar arasında möhkəm qurulmuş və Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan körpüləri yıxa bilməz. Mən Azərbaycan xalqına, tezliklə bu virusdan ən az xəsarətlə xilas olmağı arzulayıram. Ümid edirəm ki, tezliklə tarixdə mövcud olan və elə tarix kitablarının səhfələrində qalan digər xəstəliklər kimi “Koronavirus-Covid19” pandemiyasının da, vaksini tapılsın və biz cəmiyyət olaraq bu çarəsiz bəladan xilas olaq. O vaxta qədər bir-birimiz qoruyaq, bir-birimizin qeydinə qalaq".

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə