Masallının Xıl kəndinin mərkəzi küçələrinə gecə işıqları quraşdırılır

Masallının Xıl kəndinin mərkəzi küçələrinə gecə işıqları quraşdırılır

Masallı rayonunun Xıl kəndinin mərkəzi küçələrinə gecə işıqlarının quraşdırılmasına başlanılıb. Bu barədə SİA-ya məlumat verən Masallı Rayon İcra Hakimiyyəti başçısının Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mirsənan Sadıqov bildirib ki, Rusiya Federasiyasında yaşayan Xıl kənd sakinlərinin maddi dəstəyi və rayon Elektrik Şəbəkəsinin əməkdaşlarının köməkliyi ilə ərazinin mərkəzi küçələrinin işıqlandırması üçün ümumilikdə 40 ədəd işıq dirəyinin basdırılması nəzərdə tutulub ki, artıq bu dərklərdən 20 ədədi basdırılıb və fənərləri quraşdırılaraq hazır vəziyyətə gətirilib.

Yaxın zamanlarda mərhələli şəkildə ərazinin bütün mərkəzi küçələrinin işıqlandırlmasının yekunlaşacağı nəzərədə tutulub. Bu da kənd sakinlərinin böyük sevincinə səbəb olub.

M.Sadıqov Xıl kənd sakinləri adından xeyriyyə işlərində maddi və mənəvi eləcədə fiziki dəstəyi olan hər kəsə təşəkkürlərini çatdırıb.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə