Məşhur xəstəxana koronavirus xəstələri üçün ayrılır AÇIQLAMA

Məşhur xəstəxana koronavirus xəstələri üçün ayrılır AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalı koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimli tibb müəssisəsi sırasına daxil edilir. SİA-ya məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva təsdiqləyib.

O qeyd edib ki, hospital sabahdan adi xəstə qəbulunu dayandıracaq və pandemiya ilə əlaqəli xəstələrin müalicəsi üçün hazırlanacaq.

Qeyd edək ki, bu gün ölkədə koronaviruslu xəstələrin müalicəsi üçün 30-dan artıq tibb müəssisəsi ayrılıb. Eyni zamanda bu yaxınlarda 3 modul tipli xəstəxananın açılışı olub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə