Qlobal daşınmaz əmlak bazarında zəifləmə müşahidə olunur

Qlobal daşınmaz əmlak bazarında zəifləmə müşahidə olunur

Qlobal daşınmaz əmlak icarəsi bazarının həcmi 2020-ci ildə 1,79 trilyon dollara qədər arta bilər. SİA xəbər verir ki, bu barədə "Research and Markets" portalında yayımlanan araşdırmada bildirilib.

Açıqlanan məlumatlara görə, 2019-cu ildə bazarın həcmi 1,76 trilyon dollar təşkil edib. 2020-ci ildə bu məbləğin 1,6 faiz artacağı gözlənilir. Artımın bu qədər zəifləməsi koronavirus pandemiyasının təsiri ilə ortaya çıxan iqtisadi problemlərlə izah olunur.

Mütəxəssislər 2021-ci ildə kirayə bazarında qiymətin yüksəlməsinin bərpa olunacağını proqnozlaşdırırlar. 2023-cü ilə gözləntilərə görə, bazarın həcmi 2,22 trilyon dollara çatacaq.

2019-cu ildə əmlak icarəsi bazarının 32 faizi Asiya-Sakit Okean bölgəsində cəmləşmişdi, Qərbi Avropanın payı isə 29 faiz idi.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə