İlham Əliyev: "AXC-Müsavat hakimiyyəti dövrü tariximizdə qara ləkədir..."
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda AXC-Müsavat hakimiyyəti dövrünü tariximizdə qara ləkə kimi qiymətləndirib. Dövlət başçısı deyib ki, onlar üzərlərinə düşən yüksək məsuliyyəti dərk etməyib və gənc, müstəqil dövləti demək olar ki, idarə olunmaz vəziyyətə salıblar, 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr, hallar ölkəmizin müstəqilliyini sual altına qoyub: "Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşdü və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yarandı".
Dövlət başçıs onu da bildirib ki, əfsuslar olsun ki, Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməyiblər: "AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızın böyük faciəsi idi. Bir sözlə, o illər bizim tariximizdə qara ləkədir, rüsvayçılıq illəridir. Azərbaycan xalqı cəmi bir il o antimilli hakimiyyətə dözə bildi və bir ildən sonra o hakimiyyəti tarixin arxivinə göndərdi. Azərbaycan xalqı öz liderinə - Heydər Əliyevə müraciət edib, Onu hakimiyyətə dəvət etdi və nə qədər müdrik xalq olduğunu bir daha göstərdi".
Tarix dəyişmir...
Bəli, bu gün o tarixi ləkə olan AXC-Müsavat hakimiyyətinin Əli Kərimlisi, İsa Qəmbəri, Pənah Hüseyni, Arif Hacılısı Azərbaycanın siyasi sistemində, xüsusilə də sosial şəbəkədə zombiləşmiş qaragüruhçu dəstə 15 iyun Qurtuluş günü ərəfəsi yenə də eyni çirkin əməllərindən əl çəkmir, koronavirusun dünyanı ağuşuna aldığı bir dövrdə də kimliklərini göstərməkdədirlər. Əxlaqsızdıq, mənəviyyatsızlın və nəzhayət, cinayətkarlıq budur. Görünür AXC-Müsavatın bir illik ləkəli dövründə etdikləri cinayətləri unudublar. Ancaq Ə.Kərimli, İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseynli və bu kimi satqınların əməllərini Azərbaycan xalqı unutiayıb. Və bu 15 iyun Qurtuluş günü ərəfəsi həyasızcasına yenidən ortaya atılaraq hər kəsi ittiham etməklə, xəyanətdə suçlamaqla özlərini ictimai rəyə demokratik düşərgənin əsas güc mərkəzi kimi sırımağa çalışmaları bir daha belələrinin nə qədər ləkəli əxlaqa malik olduğunun sübutudur.
Bu yerdə YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun b uqara ləkə olan AXC-Müsavatla bağlı dediyi faktlar bir daha onların kimliyini bir dvha təsdiqləyir. Qeyd edək ki, onların kimliyi xalqımıza 2003-cü ildən bəllidir. Lakin bu satqınlar "mənəviyyat", "əxlaq" deyilən hisslərdən uzaqdırlar ki, anlatmağa ehtiyac du yoxdur. Onlara sərf edəni deyirlər. Ona görə də, «vətənpərvərlik» deyən AXC-Müsavat satqınları üçün vətənpərvərlik sadəcə son sığınacaq deyil, eyni zamanda ona sığınmaq, ondan mədət ummaq istəməyənləri damğalamaq üçün əla böhtan vasitəsidir. Elə düz 27 ildən çoxdur ki, bu satqınlar bu yolu gedir, və nəticə də …
Siyavuş Novruzov: "Tarix dəyişmir, ona görə də Əli Kərimlinin yalanlarını faktlarla, şahidlərlə sübut etməyə hazıram"
"Ötən əsrin 90-cı illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU) Əli Kərimlinin komsomola katib seçilmək üçün dostlarını necə satdığı həmin dövrdə oxuyan tələbələrin gözü qarşısında olub. Hamı bilir ki, Əli Kərimli o zaman nə oyunlardan çıxıb və o dövrdəki rektorun, yumşaq dildə desək, "xəbərçi"si olub". Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Ə.Kərimlinin guya 90 nəfəri yığıb orduya getməsi barədə dediyi tamamilə yalandır: "Tamamilə yalan deyir. Əli Kərimli heç Kür çayından o tərəfə keçməyib. Heç təsadüfi deyil ki, həmin vaxt daxili işlər naziri işləyən İsgəndər Həmidov həmişə onu fərari adlandırırdı. Çünki Əli Kərimli sovet vaxtında hərbi xidməti həbsxana üzərində duran daxili qoşunların tərkibində keçib. Yəni bu adam, ümumiyyətlə, hərbi hissədə olmayıb, ümumiyyətlə, Dağlıq Qarabağın ərazisində və yaxud ona bitişik olan rayonlarda və kəndlərdə heç vaxt olmayıb, həmişə qaçıb gizlənib və vətən naminə əlinə silah almayıb".
Millət vəkili qeyd edib ki, 2000-ci ildə parlament seçkilərində Əbülfəz Elçibəy belə bir məsələ qaldırmışdı ki, AXCP ilə Müsavat bir yerdə namizədlərini irəli sürsünlər: "Bunu AXCP-də, Müsavatda olanlar da bilir. Siyahı belə tərtib olunmalı idi: birinci Elçibəyin özü, sonra İsa Qəmbər, Mirmahmud Fəttayev, ondan sonra bir nəfər Müsavatdan, bir nəfər AXCP-dən namizəd olurdu. Lakin Elçibəyin ağır xəstəliyindən əvvəlcədən məlumatlı olan Əli Kərimli onun Bakıda olmamasından istifadə edərək hakimiyyətlə separat danışıqlara getdi və beləliklə, "Müsavat"la olan koalisiyanı pozdu. Həmin dövrdə məhz Əli Kərimlinin əməlləri nəticəsində AXCP "yurdçular"a və "klassiklər"ə bölündü. Məhz onun iqtidarla öz müttəfiqlərindən xəbərsiz apardığı danışıqlar nəticəsində partiyası Milli Məclisdə 4 proporsional və bir majoritar yer əldə etdi. Hətta o, partiyasının proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici imzasının toplanmasında da hakimiyyət tərəfindən geniş və hərtərəfli dəstək gördü".
S.Novruzov deyib ki, həmin dövrdə Əli Kərimli dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmi şəxsləri ilə xaricdə görüşmək arzusunda olduğunu bizlərə bəyan edib: "Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı "Xankəndi" restoranı idi. Əli Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da bilavasitə bu danışıqlarda iştirak edənlər var. Əli Kərimli şəxsi mənafeyi naminə ömrü boyu öz dostlarını, yoldaşlarını satmaqla məşğul olub.
Əli Kərimlinin əsl mahiyyətini üzə çıxaran daha bir haşiyə çıxmaq istəyirəm. AXC 1992-ci ildə hakimiyyətə gələndə keçmiş Kommunist Partiyasının Mərkəzi Komitəsinin illərlə növbə gözləyən əməkdaşları üçün tikdirdiyi binanı qanunsuz zəbt edərək öz fəallarına paylamışdı. Belə məsələlərdə hər zaman çevik olan Əli Kərimli də oradan mənzil ələ keçirmişdi. 1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra həmin mənzillər qanuni sahiblərinə qaytarıldı. 2000-ci ildə isə Əli Kərimli Milli Məclisdə iştirakı üçün həmin mənzilin qaytarılmasını hakimiyyətlə gizli danışıqlarda əsas şərt olaraq irəli sürdü. Onun bu gülünc tələbi bizim hamımızda böyük təəccüb və təəssüf doğurdu. Çünki heç bir vicdanlı siyasətçi öz sadəlövh elektoratını görünüşdə bər-bəzəkli şüarlarla və yalançı ideyalarla bu şəkildə aldadıb gizlində mənzil davası etməzdi. O isə etdi və mənzili geri alaraq gedib Milli Məclisdə oturdu".
S.Novruzov deyib ki, Ə.Kərimlinin bu əməlləri indi də davam edir: "Kimsə onun fikrinin əleyhinə çıxırsa, söz, fikir azadlığı irəli sürürsə, dərhal həmin şəxs partiya sıralarından xaric olunur. Digər partiya sədrlərinə qarşı da çox kəskin nifrət bəsləyir və altdan-altdan mübarizə aparır, onlar haqqında xoşagəlməz yazılar yazdırır. Yəni ki, həyatda heç vaxt ali prinsipləri rəhbər tutmayan və siyasi fəaliyyətdə müqəddəs dəyər tanımayan Əli Kərimlinin ümumiyyətlə şəxsi mövqeyi olmayıb, xarici təşkilatların buna dediklərini təkrar edib və ya öz yaxın ətrafını satmaqla məşğul olub. Xalq Cəbhəsi iki yerə bölünən dövrdə öz təşkilatını qeydiyyatdan keçirmək üçün iqtidarla bütün danışıqlara gedib. Mən bunun şahidiyəm, lazım olsa faktlarla, şahidlərlə sübuta yetirməyə hazıram".
Bəli tarix dəyişmir, satqın mənəviyyatsız Ə.Kərimlinin gerçək ləkəli siması budur və ləkəli keçmişini təmizləmək, yaddaşdan silmək isə mümkünsüzdür. Bir həqiqəti də Ə.Kərimli bilməlidir ki, tarix unudulmur.
Aydın Mirzəzadə: "Nə Əli Kərimlinin, nə İsa Qəmbərin cəmiyyət adından danışmağa mənəvi haqqı yoxdur"
Millət vəkili Aydün Mirzəzadə bildirib ki, hakimiyyətə gəlmək" xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş bu qruplar hər fürsətdən istifadə edərək yenə də 15 iyun Qurtuluş Güqü ərəfəsi özlərini gündəmə gətirməyə çalışırlar: "Bunun üçün Azərbaycan dövlətini və xalqını hədəf götürməkdən belə çəkinmirlər. Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimi arxaik təfəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən birmənalı şəkildə inkar olunmaları ilə barışmaq istəmir, hər vəchlə ölkənin siyasi həyatına qayıtmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İsa Qəmbərin 15 iyun Qurtuluş Günü ərəfəsi indiki hakimiyyətin ölkəni böhrana sürüklədiyini və bugünkü randemiyaya qarşı mübarizə aparıldığı bir zamandp cəmiyyətdə çaşqınlıq yaratmağa çalışdığı göz önündədir. Hər kəsə yaxşı məlumdur ki, Ə.Kərimli, İ.Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çörəklə sınağa çəkən, cəmiyyətin üzləşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçıları olublar. Keçən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan zaman ölkənin parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını, insanların yeməyə adi çörək belə tapa bilmədiyini nə tez unutdular? Hakimiyyətdə olan zaman ölkənin inkişafı, problemlərinin həlli üçün heç bir iş görməyən, əksinə, uçuruma aparan bir insanın indi hakimiyyəti tənqid etmələri nə qədər məntiqə uyğundur? Vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhmliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək qəddarlığı ilə ad qazanan İsa Qəmbər Əli Kərimli kimilər bu gün hansı üzlə cəmiyyət qarşısına çıxırlar?
Bəli, bu gün vətəndaş ailəsinin təhlükəsiz şəraitdə yaşadığının, onun üçün yeni iş yerlərinin yaradıldığını, övladının təhsil ala biləcəyinin, özünün səhhətinin qorunmasının fərqinə varır. Bütün bunların fonunda kərimlilərin, qəmbərlərin çağırışı sabun köpüyündən başqa bir şey deyil. Və 15 iyun Əli kərimlilərin, İsa qəmbərlilərin, Arif hacıların siyasi örümünü reallaşdırdı və Azərbaycan xalqı AXC-Müsavt hakimiyyətini bir mənalı şəkildə rədd etdi.
Sərdar Cəlaloğlu: "Bu o Əli Kərimlidir ki, Əbülfəz Elçibəyi satıb, müxalifətə xəyanət edib"
ADP sədri Sərdar Cəlaloğlu da öz növbəsində AXCP sədri Əli Kərimlini "bombardman" edərək, onu "xəyanət simvolu" adlandarıb: "Onlar siyasi dialoq tərəfdarı kimi çıxış edəndə bu, demokratiya naminə olursa, biz çıxış edəndə xəyanət olur? Dialoq xəyanətdirsə, beynəlxalq təşkilatların 2000-ci ildən sonra hakimiyyət təmsilçiləri ilə təşkil etdiyi dialoqlarda Əli Kərimli niyə iştirak edirdi?
Baxın, nə xalq hərəkatında bu adamın xüsusi xidmətləri olub, nə sonrakı hərəkatda müsbət xidmətləri olub. Təsadüfən necə olmuşdusa gəlib Elçibəy hakimiyyəti zamanında dövlət katibi olmuşdu. Onun həmin dövrdə hakimiyyəti daxilində hansı oyunlardan çıxdığının şahidi Qurban Məmmədovdur. Əli Kərimli Əbülfəz Elçibəyi satıb, müxalifətə xəyanət edib. Bu adamda bir kompleks var, özü satqındır deyə çalışır ki, mümkün qədər çox insanın haqqında satqın obrazı yaratsın. Özü o qədər oyunlarda iştirak edib ki, elə bilir hər kəs onun kimidir. Barı ayıbıkor olub dilini sakit qoy...".
Bəli, bu gün qeyd etdiyimi Milli qurtuluş yolu Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur
Dahi Heydər Əliyev tərərfindən azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəylik yaradılması istiqamətində ardıcıl addımlar atılmışdır. Dünyanın müxtəlif qitələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə əlaqələrini gücləndirmək, onların dil, əqidə və əməl birliyini möhkəmləndirmək
məqsədilə Bakıda Dünya azərbaycanlılarının qurultayları keçirilmişdir. Şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq neçə illərdir ki, Azərbaycan Respublikasının Milli Qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Ulu Öndər Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz".
Bu inam, bu qətiyyət 15 iyun Milli Qurtuluş gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, Onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB