Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitləri xərclənməmiş olaraq qalır
"Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan xalqının həmrəyliyinin bir nümunəsidir. Bu fonda ümumilikdə 113 milyon manata qədər vəsait toplanılıb. Hələ ki, bu vəsaitin xərclənməsinə ehtiyac duyulmayıb". SİA-nın verdiyi məlumata görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, bu günə qədər dövlətin pandemiya ilə əlaqədar ayırdığı vəsait müvafiq işlərin görülməsinə kifayət edib. Lakin, fondun vəsaitlərinə ehtiyac duyulduqda İctimai Nəzarət Şurasının qərarına əsasən fondun vəsaitlərinin xərclənmə istiqamətləri müəyyən ediləcək. Hələ ki, fondun vəsaiti xərclənməmiş olaraq qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB