Kondisionerlərin fəaliyyəti dayandırıla bilər

Kondisionerlərin fəaliyyəti dayandırıla bilər

"Kondisionerin fəaliyyətinə məhdudiyyət qoyula bilər. Belə ki, qapalı məkanlarda havalandırma sistemləri varsa onların fəlaiyyətinə məhdudiyyətlər tətbiq olunmalıdır". SİA-nın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ramin Bayramlı bildirib ki, bu vasitələr havanı dövr etdirdiuinə görə virusa yoluxmanı artıra bilər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə