"Virus yoluxma halları artdıqca mutasiyaya uğrayır" - Ramin Bayramlı

"Virus yoluxma halları artdıqca mutasiyaya uğrayır" - Ramin Bayramlı

"Son 10 gündə yeni yoluxanlarla sağalanlar arasında fərq ürəkaçan deyil. Yoluxma sayı ilə yanaşı vəfat edənlərin dinamikasında da çoxalma var. Ağır halların da artdığı müşahidə olunur". SİA-nın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ramin Bayramlı bildirib ki, virus insandan insana yoluxma halı artdıqca genetik mutasiyaya uğrayır: "Bu zaman virus da öz quruluşunda dəyişikliklər edir. Bu zaman müalicəyə tabe olmama hallarının artması müşahidə olunur".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə