"Xaricdən ölkəyə çarter reyslərinin həyata keçirilməsi davam etdirilir. Dağıstandan 130 nəfər çarter reysi ilə ölkə sərhədinə keçirilib. Bu şəxslər karantinə alınıb". SİA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
İbrahim Məmmədov bildirib ki, ümumilikdə bu döv ərzində Dağıstandan Azərbaycana 503 nəfər çarter reysi ilə gətirilib: "Eyni zamanda Moskvadan da 174 nəfər ölkəyə gətirilib. Həmçinin Nyu York - Bakı çarter reysi ilə 210 nəfər iyunun 10-da Bakıya gətiriləcək. Xaricdən çarter reysləri qrafikləri hazırlanıb".
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB