Ölkədaxili uçuşların həyata keçirilməsinə start verilir

Ölkədaxili uçuşların həyata keçirilməsinə start verilir

"1 iyul 2020-cil il tarixinə qədər çarter reysləri istisna olmaqla ölkəyə xaricdən olan bütün gediş-gəliş dayandırılır. Lakin, ölkədaxili uçuşların iyunun 15-dən etibarən həyata keçiriləcək". SİA-nın verdiyi məlumata görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, ilk növbədə Naxçıvava uçuşlar həyata keçiriləcək: "Naxçıvana ilk növbədə həftəlik 2 dəfə uçuşlar həyata keçirilə bilər. Bu gələn həftələrdə daha da artırıla bilər. Lakin bu zaman xüsusi qaydalar tətbiq ediləcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə