YAP Qaradağ rayon təşkilatının Ə.Əmirov adına NQÇİ ərazi üzrə ilk təşkilatında növbəti yığıncaq keçirildi. Rayon təkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək qeyd etdi ki, ölkəmizdə 27 il bundan əvvəl müstəqilliyimiz üçün son dərəcə təhlükəli bir vəziyyət yaranmışdı.
Həmin vaxtlar hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün sərişdəsiz rəhbərliyi sayəsində ölkəmiz parçalanaraq müstəqilliyini itirmək ərəfəsində idi. İnfilyasiya görünməmiş həddə çatmışdı. Torpaqlarımız düşmən tapdağına çevrilir, vətəndaşlarımız doğma yurdlarından didərgin düşürdü. Müstəqilliyimiz isə itirilmək təhlükəsi ilə üzləşmişdi. Belə bir çətin və mürəkkəb məqamda xalqımızın yeganə ümidi partiyamızın sədri Ulu öndər Heydər Əliyev oldu. Məhz xalqımızın yekdil çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli liderimiz uzaqgörən siyasəti və müdrik rəhərliyi sayəsində Azərbaycanı parçalanma təhlükəsindən xias edərək bütün sahələr üzrə inkişafın təməlini qoydu. Xalqımız ilk dəfə olaraq bütün sərvətlərinin tam sahibinə çevrildi. Bir ildən sonra - 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" isə ölkəmizin iqtisadi inkişafına böyük təkan oldu. Qısa vaxt ərzində respublikamızda siyasi sabitlik yarandı və vətəndaşlarımızın rifah halı durmadan yaxşılaşmağa başladı.

Ulu öndər Heydər Əliyevin ölkəmizdə təməli qoyduğu inkişaf strategiyası Onun ən layiqli siyasi varisi, partiyamızın sədri, Prezident İlham Əliyevin rəhbərliyi sayəsində uğurla həyata keçirilir. Məhz bu səbəbdən də dünya birliyində nüfuzu durmadan yüksələn ölkəmiz inkişafı ilə beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Partiyamızın sədr müavini, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti isə bu inkişafa yüksək töhfələrini verir. Məhz bu səbəbdən də YAP-ın cəmiyyətimizdə rolu yüksək qiymətləndirilir və partiyamiza olan ehtimad durmadan artır. Ötən illər ərzində ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində mütəmadi olaraq partiyamızın üzvlərinin yekdil səslə qalib gəlməsi YAP-ın artıq xalq partiyasına çevrildiyini təsdiqləyir.
Aydın Hüseynov 15 iyun - Qurtuluş gününün müstəqillik tariximizdə son dərəcə tarixi əhəmiyyət kəsb etdiyinə toxunaraq qeyd etdi ki, həmin gün Ulu öndər Heydər Əliyevin rəhbərliyi nəticəsində fəlakətlərdən qurtulan respublikamız inkişaf strategiyasına görə əksər ölkələr üçün nümunəyə çevrilməkdədir. Bunu dəyərləndirən xalqımız isə partiyamıza artan rəğbətini onun ətrafında sıx birləşməklə nümayiş etdirir.
Yığıncaqda partiyanın ilk təşkilatının sədri, idarənin baş metroloqu İlqar Yusifov, idarənin rəisi Fəxri Haqverdiyev və başqaları çıxış edərək YAP-ın cəmiyyətimizdə durmadan artan nüfuzunu konkret faktlarla səciyyələndirdilər.
Sonda rayon təşkilatının sədri Aydın Hüseynov ilk təşkilat qarşısında duran məsələlər barədə danışaraq bəzi təvsiyələrini bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB