Türkiyədə İstanbul Tibb Fakültəsində istifadəyə verilən COVID-19-lu Xəstələrin Monitorinq Mərkəzində aparılan tədqiqatların ilk nəticələri açıqlanıb. SİA xəbər verir ki, xəstəlikdən sağalan şəxslərdə hansı fəsadların yarandığı ilə bağlı məlumat verilib.
Belə ki, COVID-19-dan sağalmış xəstələrin böyük əksəriyyətində ishal, sinə ağrıları və nəfəs darlığının davam etdiyini açıqlanıb.
Monitorinq Mərkəzində 1 ay əvvəl 600 xəstənin üzərində aparılmış tədqiqatlar araşdırılıb. Mərkəzin apardığı araşdırmaların nəticələrinə aydınlıq gətirən professor Tufan Tükək bildirib ki, nəfəs daralması və öskürək problemi sağalan xəstələrin 25 faizində davam etməkdədir:
"Xəstələrin böyük əksəriyyəti sağalmaqdadır, lakin, bəzi xəstələrdə sinədə ağrılar, nəfəs darlığı və ishal problemlərinin davam etdiyini müşahidə olunur. Xüsusilə də nəfəs darlığı və öskürək problemi sağalan xəstələrin 25 faizində davam edir. Xəstələrin 10-15 faizində ishal problemləri olur. 20 faizində isə sinədə ağrılar davam edir. Biz bunları xəstəliyin davamı kimi qəbul edirik".
Onun sözlərinə görə, bəzi hallarda isə ürək problemləri də müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB