Abxaziyada erməni-abxaz qarşıdurması: ermənilər “mədəni muxtariyyət” və ərazi tələb edirlər
XX əsrin 80-ci illərinin sonunda Azərbaycanın Dağlıq Qarabağ ərazisində separatçılıq hərəkatına başçılıq edən erməni təşkilatı “Krunq” indi də BMT-nin qanunvericiliyinə əsasən Gürcüstanın ərazisi hesab olunan Abxaziyada “ermənilərin milli-mədəni muxtariyyəti”nin yaradılması ilə əlaqədar müraciət yayıbdır.. Müraciətdə deyilir: “ Abxaziya dünyanın kiçik, lakin çoxmillətli ölkələrindən biridir. Qədim zamanlardan erməni əhalisi Abxaz dövlətinin təşəkkülündə fəal iştirak etmişdir. Abxaziyadakı ermənilər öz qonşuları olan abxazlarla Bizans imperiyasına, ərəblərə və Türkiyəyə qarşı vuruşmuşlər.Biz ermənilər Abxaziyanın sərhədlərini Suram Kedaya qədər genişləndirmişik. Rusiya imperiyası dövründə bizim hüquqlarımız pozulmuş, əhalimizin mədəni inkişafına mane olunmuş, erməni dilində məktəblərin açılmasına qadağa qoyulmuşdu. Ona görə də burada erməni kilsələrinin tikilməsi də qeyri-mümkün olmuşdur”. Müraciətdə həmçinin bildirilir ki, erməni əhalisi “gürcü faşizmi” ilə mübarizədə fəal iştirak etmişdir. “Minlərlə erməni Abxaziyanın qəhrəmanına çevrildi, lakin onlar ölkənin müstəqilliyindən sonra yeni abxaz faşizmi ilə üz-üzə qaldılar”. “Böyük və əməksevər erməni əhalisi hələ də abxaz hökümətinin basqısına məruz qalır. Qubernatorlar Abxaziyadakı erməni əhalisinin sayını azaltmağa çalışır, bizə kilsə tikmək imkanı vermir, erməni məktəblərinin, teatrlarının, mədəniyyət mərkəzlərinin tikintisinə yol vermirlər”-deyə sənəddə qeyd edilib. Həmçinin bildirilir ki, “Yerli xalqların milli mədəni muxtariyyətə malik respublika elan etmək hüququ vardır”. Milli-mədəni muxtariyyətin yaradılmasında əsas məqsəd ermənilərə xarici və daxili ticarətdə azad qərarlar qəbul etmək, siyasi məsələlərlə bağlı sərbəst şəkildə müqavilələr bağlamaq hüququ verilməsinə, onların milli kimliyinin qorunmasına, erməni dilinin, mədəniyyətinin inkişafına, erməni gənclərinin təhsil almaq hüququnun reallaşmasına nail olmaqdır. Sənəddə həmçinin bir məqam da vurğulanıb ki, ermənilər Abxaziyada yaşayan milli azlıq hesab olunmadıqlarından belə bir muxtariyyətin tələbi qənaətbəxşdir və onlar Qulripş, Oçamçir, Tkvarçeli rayonlarının muxtariyyətini tələb edirlər. Qeyd etmək lazımdır bu müraciət Abxaziya parlamentində erməni deputatları L.Qallustiyan və R.Yailiyan tərəfindən müzakirəyə çıxarılacaq.
Bu günlərdə artıq de-fakto olaraq Abxaziyada erməni-abxaz qarşıdurması baş verməkdədir. Ermənilər separatçılıq fəaliyyətlərini daha da gücləndirir, Abxazi-yanın daxili işlərinə fəal şəkildə müdaxilə edirlər.Bunu işğal olunmuş Abxaziyanın “Ayidgilara” təşkilatının sədri Aydemir Xişba da təsdiq edir. O,kavkazplus.com saytına verdiyi müsahibəsində Abxaziyada yaşayan erməniləri respublikanın daxili işlərinə fəal şəkildə qarışmaqda günahlandırır. “Abxaziyanın müstəqilliyi uğrunda mübarizədə buradakı ermənilər fəal iştirak edirdilər. O zaman onlar etnik gürcülər və meqrellərə qarşı amansız rəftar edirdilər”-deyə Xişba qeyd edir. Sədrin sözlərinə görə, “yerli” abxazların fikrincə, ermənilər Abxaziyanın müstəqilliyi uğrunda “mübarizə” aparıblar. “İndi onların əsil iç üzü açılıb. Abxaziyadakı ermənilər bütün iqtisadi fəaliyyət sahələrini ələ keçirməklə dövlət şirkətlərini idarə edirlər”-deyə Xişba qeyd etmişdir. O, həmçinin bildirmişdir ki, Abxaziya parlamentinin erməni deputatları işğal olunmuş ərazinin siyasətinə fəal qarışır, Gürcüstan vasitəsilə Abxaziya ilə Rusiya arasında dəmiryolunun çəkilməsini dəstəkləyirlər. “Abxaziyanın siyasi qüvvələri bu məsələyə qarşı çıxmalarına baxmayaraq “Abxaz Dəmiryolu Konsorsiumu” adlı layihə mövcuddur ki, bu layihə vasitəsilə Abxaziyadakı ermənilər bütün dəmiryolunun Moskva iş adamlarının əlinə keçməsinə çalışırlar”.
Xişba hesab edir ki, ermənilər Abxaziyada bu planı həyata keçirmək üçün lazımi məqamın gəlməsini gözləyirlər. Əhalinin sayına görə, bu gün yerli abxazlara nisbətən ermənilərin sayı daha artıqdır. “Ayidgilara” təşkilatının sədri Aydemir Xişba deyir ki, hazırda Abxaziyada 100 min erməni yaşayır, abxazların sayı isə gündən-günə azalmaqdadır. “Biz “Ayidgilara”nın üzvləri abxazlara əvvəlcədən xəbərdarlıq etmək istəyirik ki, ermənilər həmişə Qara dəniz sahillərinə can atmaq istəyiblər və onlar indi bu məqsədlərinə daha yaxındırlar. Artıq Abxaziyanın daxili siyasətində erməni faktoru var. Nəyə görə biz özümüz üçün mübarizə aparmayaq? Sizə elə gəlmirmi ki, Abxaziyada abxazlara nisbətən ermənilərin məktəbi sayca daha artıqdır? Artıq abxazların bu məsələ ilə bağlı lazımi addım atmağının vaxtı gəlib çatmışdır”-deyə Aydemir Xişba qeyd etmişdir.
"Кавказ" qəzeti bildirir ki, müharibədə gürcülərə qarşı 1992-1993-cü illərdə fəal iştirak etmiş Baqramyan batolyonunun əsas məqsədi Abxaziyada erməniləri kütləvi şəkildə yerləşdirmək olmuşdur.
Bu gün Abxaziyada 100 mindən artıq erməni məskunlaşıb. 2015-ci ildə Qaqra şəhərində erməni kilsəsi tikiblər, kil-sənin inşaasına Krasnodarda yaşayan biznesmen erməniləri qoşublar. Son illər Krasnodardan ermənilərin Abxaziyaya miq-rasiya etməsinə “Krunk” təşkilatı şərait yaradır.Bu gün onlar özlərini sakit aparsalar da ancaq ölkənin sükanını ələ keçirmə-yə fürsət axtarırlar. Ermənilər tarixən Qara dənizə çıxış axtarırdılar. Onlar artıq məqsədlərinə çatıblar.
XX əsrin 90-cı illərdə Abxaziyadan gürcüləri “Baqramyan” batalyonu qovdu və onlar dinc gürcü əhalisinə öz torpağında açıq cəza tədbirləri həyata keçirdi. Batalyonun cinayətləri barədə 200 cildlik iş hələ də Gürcüstan prokurorluğunda icraatdadır.
Ermənilər Abxaziyada daşınmaz əmlaka sahiblik edir. Abxaziya parlamentində təmsil olunan erməni deputatları bu əmlakın məhz erməni biznesmenlərinə verilməsinə və ya xarici erməni investorlara satılmasına müdaxilə edib şərait yaradırlar.
Ermənilər artıq o qədər həyasızlaşıb ki, Abxaziya dəmiryolunun açılması barədə Gürcüstan və yerli hökumətdən gizli olaraq Rusiya ilə danışıqlar aparırlar və hələ bəyan da edirlər ki, layihənin həyat keçirilməsi Rusiyaya tapşırılsın.
Ermənilər öz tərəflərindən yerli hökumətlə şbelə xarici erməni investorları ölkəyə dəvət edir, onlara daşın-maz əmlak almaqda köməklik göstərirlər.
Erməni qəzeti “Новое время” “Abxaz böhranında erməni konteksti” sərlövhəli məqalədə yazır:
Abxaziya böhranından erməni diasporu istifadə edəcək, bununla da rusların buraya təsir dairəsi artacaq. Abxaziya erməniləri abxazlardan fərqli olaraq Rusiyaya inteqrə olunmaqda maraqlıdır. Onlar yerli əhalidən sayca üstündür və ölkədə de-mokratik balansı tənzimləyir”.
Quram Markuriya, Suxumi Dövlət Universitetinin pro-fessoru:
- Baqranyan batalyonunun vəhşiliyi və qəddarlığı Gürcüstan tarixində bir sinə dağı olaraq qalır. Abxaziyada gürcü-lərə qarşı ən tükürpətici cinayətləri məhz ermənilər həyata keçiriblər. Bu cinayətlər dünya ictimaiyyətinə çatdırılmalı və geniş müzakirələrə səbəb olmalıdır.
“Sputnik armeniya”. 30 mart, 2017-ci il. – “Abxaziyada ermənilər qalib gəldi” sərlövhəli məlumatda deyilir ki, Abxa-ziyada keçirilən parlament seçkilərində erməni diasporundan 3 erməni mandat alıb. Abxaziyanın erməni parlamentarları öz tarixi vətənləri ilə sıx əlaqələr yaratmağı planlaşdırırlar.
Maraqlı məlumatdır. Ancaq bir amil nəzərə çarpır. “Abxaziyanın erməni parlamentarları işğal olunmuş Abxaziyanın, yoxsa Ermənistanın maraqlarını qoruyurlar. Sonradan məlumatda deyilir ki, deputatlar xaricdə yaşayan erməni diasporu və Ermənistan Təhsil Nazirliyi ilə də əlaqələrin genişlənməsinə öz “tövhəsini” verəcəklər.
Belə qənaətə gəlmək olar ki, Abxaziya “Ermənistanın” tərkib hissəsidir və deputatları da öz tarixi vətənlərinə qulluq edir.
“Abxaziyanın investisiya strategiyası” qeyri-dövlət təşki-latının üzvü Qariq Petrosyan deyir ki, dünyanın erməni diaspo runun ayırdığı vəsait Abxaziyada erməni biznesinin inkişafına yönəldiləcək. O deyir:
-Biz ermənilər bu ölkədə azad iqtisadi zona yaratmaq, aqrar sahəni inkişaf etdirmək, dəniz limanlarını bərpa etmək istəyirik. Erməni investorları problemin həllinə maraqlıdır, abxazların bu işləri görməyə pulları olmadığı halda bizim bütün layihələrin qarşısını alır. Abxazlar düşünürlər kı, bu işlər ermənilərin maraqları naminə görülür. Həqiqətdə isə biz Abxaziyanın iqtisadi yüksəlişi uğrunda “çalışırıq”.
Teymur Aqba, qeyri-hökumət təşkilatının üzvü:
Onlar (ermənilər) deyirlər ki, Abxaziyanın müstəqilliyi uğrunda qan töküblər. Bunu həmişə üzümüzə vururlar. Heç kimə gizli deyil ki, erməni icmasının fəallığı artıq bütün sərhədləri aşıb. Əgər ermənilər Abxaziyadakı biznesi ələ keçirsələr, bilin ki, bütün buraları hərraca çıxaracaqlar 1 (“Kвириs палитра” qəzeti, 9 may 2016-cı il).
Mamuka Araşidze politoloq, Qafqaz məsələləri üzrə ekspert:
- Bu gün Abxaziyada erməni diasporu milli azlıq deyil, əhalinin əksər sayını təşkil edir. Onlar Suxumidə “Mayak” deyilən rayonda çay plantasiyalarını məhv edərək bu torpaqları Krasnodardan miqrasiya etmiş ermənilərlə məskunlaşdırıblar. “Krunk” təşkilatı isə erməni biznesmenləri - Çaturyan qardaşları tərəfindən yaradılıb. Onlar Abxaziyada yaşayırlar. “Krunk” u yenidən Qalust Trapizonyan bərpa edib. Əsas məqsədləri bu təşkilat vasitəsilə özlərinə muxtariyyət tələb etməkdir. Təşkilat gürcülərin qəti düşmənidir .
Erməmilərin Abaxaziyadan milli-mədəni muxtariyyat tələb etməkdə əsas məqsədləri xarici və daxili ticarətdə, həmçinin müqavılələrin bağlanmasında müstəqillik əldə etməkdir. Ermənilər bu məqsədlə Gürcüstanın Qulripş, Tkvarçeli və Oçamçire rayonlarının onlara verilməsinin tələb edirlər.
Vahid Ömərov
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB