Prezident İlham Əliyev: "Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib"
Ermənistanın küçə "demokratı" Nikol Paşinyanın baş nazir olduğu bu iki il müddətində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə dəfələrlə səfərlər etməsi, orada qanunsuz rejimin qondarma nümayəndələri ilə görüşməsi, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində işğalçı Ermənistan qüvvələrinə baş çəkməsi və nəhayət, qondarma “Dağlıq Qarabağ respublikası”nda qondarma “prezident”in qondarma “seçkiləri” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında da bildirib ki, bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndirdilər: ""Seçkilər"dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.
Lakin bütün bunlara baxmayaraq, Ermənistanın məsuliyyətsiz faşist xislətli rəhbərliyi Dağlıq Qarabağdakı qondarma rejim “seçki” oyunun etdi. Bax budur, N.Paşinyan "siyasti"nin biabırçılığı. Bu, Ermənistan rəhbərliyi üçün siyasətin insan həyatından üstün olduğunun göstəricisidir!
Lakin bu da faktdır ki, bu gün Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını Ermənistan istisna olmaqla, bütün beynəlxalq birlik tanıyır. Heç bir dövlət qondarma qurumun müstəqilliyini qəbul etmir. Və Paşinyan üçün erməni xalqı yox, onun məqsədləri əsas olaraq, növbəti iyrənc sirləri də üzə çıxdı.
Paşinyan faşistlərdən fərqlənmədiyini bir daha ortaya qoydu
Nə həqiqəti, nə də tarixi faktları saxtalaşdırmaq olmaz. Çünki həqiqət gec-tez üzə çıxır, tarix də tarixində qalır. Nikol Paşinyan hələ hakimiyyətə gəlməmişdən İrəvan küçələrində təşkil etdiyi mitinqlərdə səsləndirdiyi daşnak lozunqları ilə faşistlərdən fərqlənmədiyini ortaya qoymuşdu. Hakimiyyətə gəldikdən sonra da öz sələflərinin siyasətini davam etdirməklə, faşizm ideyalarına sadiqliyini sübut etmiş oldu. Və bu gün Paşinyan Hitlerin yaxın silahdaşı Qaregin Njdeyə ucaldılmış abidəyə haqq qazandırmaqla bir daha faşizm xislətini nümayiş etdirdi. Bunu, işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmaması və hər vəchlə danışıqlardan yayınması da, bir daşa Paşinyanın faşistlərdən fərqlənemədiyini göstərir. Digər bir fakt isə Paşinyanın babasının nasist hakimiyyəti ilə əməkdaşlıq etməsidir. Göründüyü kimi, müasir siyasətdə geniş tətbiq olunan ikili standartlar bu məsələdə də tətbiq olunur. Faşist elə faşistdir və paşinyanlar kimi. Və faşist xisləti ilə ölkə iqtisadiyyatını böhrana sürükləyən Paşinyan heç də Serj Sarkisyan iqtidarından geri qalmır. "Aykakan Jamanak" qəzeti yazır ki, Sarkisyan hakimiyyəti dövründə olduğu kimi, Paşinyan hökumətinin yalan vədlərinin böş və mənasız olduğunu artıq anlayır və sadəcə xalqı aldatdığını aydın görürlər.
Bir sözlə acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan necə deyərlər Ermənistanı iflasdan iflasa sürükləməklə yanaşı, nöbəti faşist xislətini nümayiş etdirdi.
Prezident İlham Əliyev: "Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər"
Prezident İlham Əliyev bu günlərdə Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edərkən bir daha vurğulayıb ki, işğalçı Ermənistan hər cürə terrora əl atır: «Nəzərə almalıyıq ki, mənfur qonşularımız uzun illər ərzində Tərtərin suyunu kəsiblər. O suyu ki, Azərbaycan Respublikası onun yığılması ilə bağlı vaxtilə, 1970-ci illərdə böyük işlər görüb. Sərsəng su anbarının inşası Azərbaycan Respublikası tərəfindən, respublika büdcəsi tərəfindən həyata keçirilib. İndi isə mənfur qonşular bizim suyumuzu kəsiblər. Bu, ekoloji terrordur”.
Dövlət başçısı bildirib ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər: “İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Kasıb Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar. O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib. O adam ki, müharibə zamanı demişdir: “Almaniya uğrunda ölən, Ermənistan uğrunda da ölür”. O adam ki, Sovet İttifaqının müvafiq orqanları tərəfindən həbs olunub, ona 25 il hökm oxunub, həbsxanada da ölüb və reabilitasiya olunmayıb. O adama 6 metrlik abidə ucaldılır və bugünkü Ermənistan rəhbərliyi bu adamı qəhrəman kimi təqdim edir. Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir”.
Prezident İlham Əliyev deyib ki, bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir: “Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər. Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir”.
"Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək"
Dövlət başçısı çıxışı zamanı bildirib ki, bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir: "Onların generalları oğru, onların dırnaqarası “qəhrəmanları” cinayətkar, onların rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub, nə qədər axtarışa verilib. Bu, nə deməkdir?! O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər. Onlardan biri indi həbsxanadadır, o birisi isə hələ ki azadlıqda. Halbuki onun da ölkədən çıxışına qadağa qoyulub. Yəni, bir ölkənin müstəqilliyi hələ 30 ilə çatmayıb, ölkənin 20 ili cinayətkarların ixtiyarına buraxılıb. Əlbəttə ki, bu cinayətkar dəstə cinayətkar rejim yaradıb. O cinayətkar rejim ki, bütün milli azlıqları əzibdir. Orada bir dənə də olsun milli azlıq yoxdur".
"Bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir"
"Bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir"-deyən dövlət başçısı vurğulayıb ki, Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir: "Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub. İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır".
"Onlar bir daha gördülər ki, Azərbaycan xalqı böyük xalqdır"-deyən dövlət başçısı bildirib ki, hər dəfə, o cümlədən Aprel döyüşləri bir daha işğalçı dövlətə dərs oldu: "Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi. Ondan sonra 2018-ci ildə Naxçıvan əməliyyatı. Orada da minlərlə hektar torpaq bizim nəzarətimizə keçdi. İşğal olunmuş torpaqları azad etdik. Azərbaycan Ordusu gücünü göstərdi. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur. Çünki demək olar ki, onların bütün qonşulara - Azərbaycan ilə Türkiyəyə qarşı açıq şəkildə, digər qonşu ölkəyə gizli şəkildə ərazi iddiaları var. Baxmayaraq ki, onlar bizim tarixi torpağımızda yaşayırlar. Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün. Balaca bir kitabça dərc etsinlər".
Prezedent İlham Əliyev münaqişənin həlli ilə bağlı isə bildirib ki, buyolun həlli ancaq və ancaq ərazi bütövlüyünün bərpasıdır: "Münaqişəyə gəldikdə, bunun həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir".
Erməni publisist: "Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev qarşısında isə həqiqəti hıqqanaraq da söyləyə bilməsi deyilənlərin məntiqi sübutudur"
Erməni publisist Vahan İşxanyan öz Paşinyanın Ermənistanda yalan danışmağı səlis bacardığını və Azərbaycan Prezidenti İlham Əliyev qarşısında isə həqiqəti hıqqanaraq da söyləyə bilməsi deyilənlərin məntiqi sübutudur: "Paşinyan faktlardan xəbərsizdirsə, necə desin? İndi niyə hər zaman yalan danışdığı məlumdur, çünki həqiqəti bilmir. Bir də Paşinyanın nə siyasi, nə iqtisadi sahədə savadı sıfırdırsa, Azərbaycan Prezidenti İlham Əliyev kimi bir dahi diplomatla üz-üzə gölməsi gülüş doğuracaq. Elə keçirilən ardıcıl olan görüşlərdə də Prezident İlham Əliyev Qarabağ müzakirələrində də konkret faktlarla Paşinyanı darmadağın etdi!".
Beləliklə, dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü. Fakt isə budur ki, Paşinyan öz sərsəm inadkarlığı ilə Ermənistanı Azərbaycanın gücü qaşısında ağır məğlubiyyətə doğru sürükləməkdədir.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB