Polis dövlətin, dövlətçiliyin və insanların keşiyindədir

Polis dövlətin, dövlətçiliyin və insanların keşiyindədir

Dünyanın 200-dən çox ölkəsində yayılmış yeni növ koronavirus (COVID-19) infeksiyası bir çox dövlətin ciddi sosial-iqtisadi və səhiyyə problemləri ilə qarşı-qarşıya qalmasını şərtləndirib. Ölkəmizdə isə xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonr, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb. Bunun başlıca səbəbi bir çox insanın mövcud qaydalara əməl etməməsi, sanitar-gigiyenik normalara, sosial məsafə tələblərinə riayət olunmaması, fərdi qoruyucu vasitələrdən yetərincə istifadə olunmamasıdır. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır. Karantin rejimi çərçivəsində həftə sonu tətbiq olunan qapanma şəraitində – evdən çıxma qadağasının qüvvədə olduğu iki gün ərzində də polis fədakar fəaliyyət göstərib, qarşısına qoyulan vəzifələri yüksək səviyyədə icra edib.

Lakin təəssüflər olsun ki, bəzi hallarda sosial şəbəkələrdə polisin fəaliyyətinə kölgə salmaq məqsədilə əsassız iddiaların irəli sürülməsinin şahidi olduq. Xüsusilə də, radikal müxalifət düşərgəsinin sabotajla məşğul olaraq karantin rejimi çərçivəsində görülmüş işlərlə bağlı manipulyativ informasiyalar yaymaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmaq cəhdləri müşahidə edilir. Onlar sosial izolyasıya qaydalarının tətbiqini internet resurslarından və sosial şəbəkələrdən istifadə etməklə ictimai rəyə fərqlə formada təqdim etməyə çalışırlar. Hətta insanların sağlamlığının qorunması naminə atılan addımları “azadlıqların məhdudlaşdırılması” kimi göstərmək cəhdləri var. Bu, tamamilə manipulyativ yanaşmadır, çünki sosial özünütəcrid vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə atılan addımdır. Hər şeydən əvvəl unutmaq olmaz ki, tətbiq olunan qaydalar təkcə dövlət orqanları deyil, ümumilikdə bütün cəmiyyət, fərdi qaydada hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir. Ən əsası isə, kütləvi informasiya vasitələri, fəal sosial şəbəkə istifadəçiləri məsuliyyətli, həssas və diqqətli olmalı, ajiotaja, sosial təşvişə xidmət edən, eləcə də müvafiq hüquqi məsuliyyət doğuran yalan, dezinformasiya xarakterli məlumatların yayılmasına rəvac verən davranışlara yol verilməməlidir. Çünk bu məsələlər ictimai və hüquqi məzmuna malik olmaqla həm də cəmiyyətimiz və dövlət üçün informasiya təhlükəsizliyi məsələsidir.

Bu gün Azərbaycan polisi milli dövlətçiliyimizin möhkəmləndirilməsində, hüquqi dövlət, demokratik cəmiyyət quruculuğunda, ölkəmizdə sabitliyin, əmin-amanlığın təmin olunmasında müstəsna rol oynayaraq özü də bu prosesin içində böyük inkişaf yolu keçib. Azərbaycan polisi bizim həyatımızı qoruyur. Biz də öz polisimizin şərəfi, ləyaqəti, məsuliyyəti ilə doğrultduğu adını qoruyaq. Polis olmaq böyük şərəfdir, həm də məsuliyyətlidir. O dövlətin, dövlətçiliyin və insanların keşiyindədir. Ona görə də, biz vətəndaş olaraq polisin şərəfli adını və qürurlu fəaliyyətini yüksək qiymətləndirməli, adına ləkə gətirilməsinə imkan verməməliyik.

Nailə Məmmədov, 187 saylı orta məktəb ərazi ilk partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə