İqtisadçı: “Dünyada baş verən maliyyə böhranına səbəb ipoteka kreditləridir” - DEBAT (SƏS TV)
- Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının icra vəziyyətini qənaətbəxş hesab etmək olarmı?
Əbdülvahab Manafov: - Bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı ölkə prezidenti yaxın aylar ərzində demək olar ki, bütün regionlarda olur orada aparılan işlərlə özü şəxsən maraqlanır və yaxından iştirak edir. Mən hesab edirəm ki, bu iş yeni başlasa da o protokol xarakteri daşımamalıdır. Biz həyata keçirilən işlərlə kifayətlənməməli, daha da mühüm işlər görməliyik. Regionların sosial-iqtisadi inkişafı deyəndə burada təkcə kosmetik dəyişiklik, yolların salınması və ya abadlıq işlərinin aparılması nəzərdə tutulmur, burada həm də həmin regionların təbii sərvətlərindən istifadə edərək yeni müəssisələrin yaradılması da öz əksini tapıb. Bu yaxınlarda ölkə başçısının göstərişi əsasında pambıq sahəsinə xüsusi diqqət yetirilməyə başlanılıb. Bu sahə sovet dövründə də mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərirdi. Lakin 1988-93-cü illərdə bu dağıldı. Onların yenidən bərpası üçün kifayət qədər maliyyə lazımdır. Hesab edirəm ki, bu proqramda bunların hamsını nəzərə alınıb. Sadəcə olaraq onların həyata keçirilməsi üçün müəyyən zamana ehtiyac var.
Sevgim Rəhmanov: - Hər bir proqramınn məqsədi var. Sözügedən proqramın da əsas məqsədi regionların inkişafı, yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafıdır. Çünki büdcəni təkcə neftdən gələn gəlirlər hesabına doldurmaq mümkün deyil. Neftin qiyməti yuxarı qalxıb, aşağı düşə bilər. Ona görə də balans yaradılmalıdır ki, büdcə təkcə bu sahədən deyil digər sahələrdən asılı olsun. Azərbaycanın qeyri-neft sektorunun inkişafında 3 sahə nəzərdə tutulub. Bura Azərbaycanda kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm sahələrinin inkişafı daxildir. Biz çox istərdik ki, bu inkişaf daha da çox olsun, bu fərq aradan götürülsün. Azərbaycan büdcəsi təkcə neftdən yox, ölkənin təbii sərvətlərindən başqa ölkədə fəaliyyət göstərən qabiliyyətli insanların fəaliyyətindən istifadə olunsun.
- Ölkəmizdə həyata keçirilən ipoteka kreditləri beynəlxalq təcrübə ilə üst-üstə düşürmü?
Əbdülvahab Manafov: - Mənim ümumiyyətlə, xarici terminlərdən xoşum gəlmir. Həmçinin də ipoteka sözündən. İpoteka deyəndə insanlar bu terminin tarixçəsini öyrənməlidirlər. XVIII əsrdə İngiltərədə kimsə kimdənsə, istər fiziki, istərsə də hüquqi şəxsdən borc götürəndə bu borcun əvəzində hər hansı bir əmlakını, torpağını girov qoyurdu. Bu girov qoyan torpağın kənarında tabloda ipoteka yazırdı ki, hamı bilsin ki bu girovdadır. İndiki müasir dövrdə də bu kredit növü dəbə düşüb. Krediti verənlər bilməlidirlər ki, kimə kredit verirlər. Dünyada baş verən maliyyə iqtisadi böhranına səbəb elə ipoteka kreditləridir. Düzdür böyük ölkələr bunu gizlədirlər lakin əsas səbəblərindən biri məhz ipoteka kreditlərinin nəticəsidir. Dünyada milyardlarla qaytarılmayan ipoteka kreditləri var. Mən bunun təkcə ipoteka kreditinə yönəltmirəm bu bütün kredit növlərinə aiddir. Söhbət hər bir dövlətdə, eləcə də Azərbaycanda həm dövlət həm də özəl banklardan gedir ki, onlarda qaytarılmayan kreditlərin sayı adamı dəhşətə gətirir. Bunun sayəsində insanlar əmlaklarını itirir. Maliyyə kütləsini yayındırmaq olmaz
Sevgim Rəhmanov: - İpoteka kreditlərinin də verilməsində məqsəd var. Burada əsas məqsəd gənc ailələrin evlə təmin olunmasına yönəlib. Bü gün cəmiyyətimizdə kifayət qədər gənclər var ki, evlərinin olmamasına görə ailə qurmurlar. Hazırda sovet dövrü ilə müqayisə etsək hökumət tərəfindən demək olar ki, ev tikilmir. Evlər ayrı-ayrı nazirliklər tərəfindən tikilir. Bu vəziyyəti aradan götürmək üçün ipoteka kerditləri var ki, bu da bankların riskdir. Banklar mağaza kimidir, onlar pullarının üzərinə pul qoyaraq satırlar. Son zamanlar banklarda beynəlxalq təcrübəli menecerlər çox gözəl fəaliyyət göstərirlər. Son zamanlar sahibkarlara gənc ailələrə ayrılan ipoteka kreditlər yüksək səviyyədə geri qaytarılır. İpoteka kreditləri lazımdır. İpoteka kreditləri xüsusilə gənclərin sosial vəziyyətinin inkişafına yönəlməlidir.
- Milli Məclisdə "Azad İqtisadi Zonalar" haqqında qanun qəbul olunsa da onun reallaşması uzanır. Buna səbəb nədir?
Əbdülvahab Manafov: - Azad iqtisadi zona məsələsi səhv etmirəmsə 1990-ci illərin ortalarında müzakirə olunmuşdu. Lakin ondan sonra məsələ sakitləşdi. Lakin bu məsələ yenidən gündəmə gəlib. Bu zonalar çox gözəldir. Lakin çoxları düşünür ki, azad iqtisadi zona bir sıra ölkələrdən mal götürüb vergisiz satmaqdır. Müxtəlif - sənaye, emal, ticarət və digər iqtisadi zonalar var. Bir zaman belə bir zonanın Sumqayıtda yaradılması fikri irəli sürülmüşdü. Onun Sumqayıtda yaradılmasını zəruri edən səbəb o zaman bir sıra sənaye müəsisələrinin orada yerləşməsi idi, ölkənin çətin vəziyyətində həmin müəssisələri dağıldı və fəaliyyət istiqaməti dəyişdirildi. Hazırda həmin müəssisələr bərpa olunmaqdadır. Bu zonaların əsas səbəblərindən biri də budur. Bütün bunlar zaman-zaman edilməlidir. Azad iqtisadi zonaların yaradılması üçün ona dair bütün işlər görülməlidir.
Rəhmanov Sevgim: - Əgər azad iqtisadi zonalar yaradılırsa, o zaman öllkəmizə investisiyalar gəlməli, zona üçün məkanından asılı olmayarq vergi, gömrük və digər güzəştlər edilməlidir. O zonaları seçərkən ölçüb-biçmək lazımdır. Bu zonalar lazımdır. Lakin gecikməsinə səbəb müəyyən prosedurlar var ki onlar həyata keçirilməlidir. Qanunu, əmri vermək asandır, amma icrası çətindir. Odur ki, nə tələsmək, nə də gecikmək lazım deyil. Azad iqtisadi zonlarda əhali sıx olmalı, orada hər tərəfli şərait olmalıdır. Bu böyük bir prosesdir. Ümidvarıq ki, Azərbaycan bu prosesə qoşulubsa, bunu sona yetirəcək.
- Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ilə bağlı nə deyə bilərsiniz?
Əbdülvahab Manafov: - Azərbaycan ÜTT-yə daxil olmaq üçün danışıqlar aparılır. Mən bu məsələni diqqətlə izləyirəm. Azərbaycanda müxtəlif iqtisadçılar bu məsələnin tezliklə həll olunmasını söyləyirlər. Onlar bildirirlər ki, Azərbaycan tez bir zamanda bu təşkilata daxil olmalıdır. Lakin bu belə deyil. Bunun şərtləri var. Mən 2006-cı ildə Xarici İşlər Nazirliyinə (XİN) bu təşkilata üzv olmamaşdan qabaq hansı işlər görülməsi ilə bağlı proqram təqdim etmişəm. Bu danışıqları XİN aparır. Mən hesab edirəm ki, bu iş düzgün aparılır. Bu təşkilata daxil olmamışdan əvvəl bütün təşkilata üzv olan dövlətlərlə ayrı-ayrılıqda müqavilə, protokollar imzalanmalı, onlarla əməkdaşlıq aparılmalıdır. Biz o təşkilata güclü tərəf kimi qoşulmalıyıq. Amma hazırlıqsız o təşkilata girsək hər şeydən məhrum ola bilərik. Hətta öz hüquqlarımızı məhkəmələrdə müdafiə edə bilmərik, çünki bu təşkilatın öz məhkəməsi var.
Rəhmanov Sevgim: - Ölkəmiz ÜTT-yə nə geridə, nə də qabaqcıl respublika kimi girməməlidir. Ölkəmiz ora inkişafda olan ölkə kimi girməlidir. Bu məsələdə siyasi məsələlər də mühüm rol oynayır. Əfsuslar olsun ki, iqtisadiyyatı siyasətə qatanda eybəcər hala düşür. Ümidvaram ki, Azərbaycan gec-tez ÜTT-ə üzv olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB