Azərbaycanla Qazaxıstan arasındakı təyyarə uçuşlarının bərpası məsələsinə iyul ayının 1-dən sonra baxılacaq. SİA-nın məlumatına görə, bu barədə Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanda epidemioloji vəziyyətlə bağlı bu ölkə beynəlxalq uçuşlara gətirdiyi məhdudiyyəti iyulun 1-dək uzadıb: “Bununla əlaqədar Qazaxıstanla Azərbaycan arasındakı birbaşa uçuşların bərpasına göstərilən tarixdən sonra baxılacaq”.
Xatırladaq ki, bundan əvvəl sənaye və infrastruktur inkişafı naziri Beybit Atamqulov Koreya, Çin və Azərbaycana uçuşların bərpasına dair müzakirələrə iyunun 1-dən sonra icazə verildiyini bildirmişdi.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB