Azərbaycan Prezidenti İlham Əliyev 3 iyun 2020-ci il tarixində Tərtər rayonuna səfəri zamanı Ermənistan ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağda yaradılmış qondarma rejiminin 31 mart tarixində keçirdiyi "prezident" və "parlament seçkiləri"nə münasibət bildirərək vacib məqamları bir daha hər kəsin diqqətinə çatdırdı.
Cənab Prezident çıxışında vurğuladı ki, keçirilmiş həmin seçkilər heç bir beynəlxalq hüquq normalarına sığmır və bunun ədalət prinsipləri çərçivəsində qəbulu mümkün deyil. Elə bu səbəbdən də dünyanın nüfuzlu dövlətləri ABŞ, Fransa və Rusiya haqlı olaraq seçkilərin nəticələrini tanımadıqlarını bəyan etdilər. Eləcə də Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və diğər təşkilatlar cənab Prezidentin təbirincə desək bu “məzhəkə oyununu” qınadı və ədalətli mövqe nümayiş etdirdilər.
Təkcə saxta seçkilərlə bağlı Avropa Şurası səsiz qaldı. Özünü demokratik təsisat hesab edən qurumun hüquqi əsası olmayan prosesə mövqe bildirməməsi onun demokratikliyini, tərəfsizliyini şübhə altına alır. Ələxüsus da Azərbaycan həqiqətlərini təhrif etməsi, Azərbaycan əlehinə olan qüvvələrin maliyyələşdirlməsi işi ilə məşğul olması Azərbaycan cəmiyyətində bu təşkilata inamsızlıq hissini daha da artırmış olur.
Avropa Şurası öz ədalətsizliyini Azərbaycan ərzailərinin işğalına, Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarına laqeyid yanaşmanı qondarma rejimdə keçirliən seçkilərə münasibətsizliyi ilə bir daha sübut etmiş oldu. Bütün dünyanın qınadığı, Avropa Şurasının isə sükütla qarşıladığı bu hüquqazidd prosesi vurğulayan cənab Prezident haqlı olaraq Avropa Şurasının Azərbaycanla bağlı qəbul etdiyi sənədləri bir kağız parçası hesab etdi. Sadalanan bu faktlar Azərbaycan cəmiyyəti tərəfindən Avropa Şurasının qərəzli yanaşması və anti-Azərbacan meyilləri kimi qəbul edilir, cəmiyyət tərəfindən haqlı olaraq etirazla qarşılanır.
Biz ölkə vətəndaşları hər zaman öz haqlı mövqeimizin qorunması, öz beynəlxalq hüquq normaları çərçivəsində tanınan hüquqlarımızın təmin edilməsi istiqamətində aktiv olmalı, ölkə rəhbərinin bu və digər bu kimi mühüm məslələrdə nümayiş etdirdiyi mövqeini dəstəkləməli və müdafiə etməliyik. Ölkə başçısının bildirdiyi kimi, Dağlıq Qarabağ Azərbaycanın əbədi və əzəli torpaqlarıdır. Bu gün sülh danışıqlarını pozan, torpaqlarımızı işğal altında saxlayan Ermənistan rəhbərliyi, xüsusilə də Paşinyan başa düşməlidir ki, bugün Azərbaycanda regionun ən qüdrətli və müasir silahlarla təchis edilmiş ordusu var və bu ordu torpaqlarımızı hər an düşməndən azad etməyə qadiridir.
Maqsud Süleymanlı,
YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB