Deputat Rauf Əliyevin müraciəti

Deputat Rauf Əliyevin müraciəti

"İyunun 7-də Yasamal rayonu ərazisində sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarına qarşı bir qurup sakin tərəfindən qanuna zidd hərəkətlərə yol verilib". Bunu SİA-ya millət vəkili Rauf Əliyev deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyasına qarşı mübarizənin önündə gedən həkimlərimiz, polis işçilərimiz öz sağlamlıqlarını risqə ataraq fədəkarlıqla bu mübarizəni davam etdirirlər: "Polislərə qarşı belə hərəkətlərə yol verənlər geniş ictimai qınaq obyektinə çevrilməlidirlər. Yaşlarından aslı olmayaraq əhalinin bütün təbəqələri qanunlara ciddi riayyət etməlidirlər. Koronavirusa ancaq qanunlara əməl etməklə birlikdə qalib gələ bilərik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə