"Kəndinin adının dəyişdirilməsi ilə bağlı tələsik qərar verməkdən çəkindik" İsa Həbibbəyli
Məlum olduğu kimi, iki gün karantin elan edilməsi səbəbindən Toponimiya komissiyasının iclası təxirə düşüb və bununla yanaşı bir çox məsələlərin müzakirəsi də təxiirə salınıb. Məsələ ilə bağlı komissiyanln sədri, AMEA-nın vitse prezidenti İsa Həbibbəyli açıqlamasında bildirib ki, komissiyaya əlavə təkliflər daxil olub.
O qeyd edib ki, Toponimiya komissiyasına Şamaxı rayonunun Saqian kəndinin adının Günəşli adlandırılması təklif olunurdu: “Müzakirələr ərəfəsində sosial şəbəkələrdə və akademik mühitdə kəndin adı ilə bağlı müxtəlif versiyalar da irəli sürüldü. Toponimiya komissiyası həmin versiyaların diqqətlə öyrənilməsi məsələsini gündəmə gətirdi. 2 gün karantin dövrünə düşdüyü üçün bu məsələnin detallarını öyrənmək mümkün olmadı. Ona görə bir neçə gün ərzində yeni təklifləri də nəzərdən keçirəcəyik. Bununla bağlı alimlərlə, həmin rayon ziyalıları və rayon İcra Hakimiyyətinin nümayəndələri ilə söhbətlər aparılıb. Yerdə rayon təşkilatları da buna uyğun iş aparırlar. Bu işlərlə bağlı akademik qurumda olan mütəxəssislər də araşdırmaları davam etdirir. Hazırda kəndin adı ilə bağlı 5 versiya var. Hansının əsaslı və yerli şəraitə daha münasib olduğuna iclasda qərar veriləcək. Yəni, elmi cəhətdən araşdırılmış daha əsaslandırılmış adın tapılması üçün komissiyanın iclası təxirə salınıb.
Hətta Milli Məclisin plenar iclasında millət vəkili Tahir Kərimli də bu kəndin adının dəyişdirilməsinə etiraz edib. Ortalığa çox maraqlı mənzərə çıxıb. Ona görə də tələsik qərar verməkdən çəkindik. Bir neçə gün ərzində bu məsələni yekunlaşdıracağıq”.
Qeyd edək ki, iyunun 8-də Milli Məclisin Toponomiya komissiyasının onlayn iclasının keçirilməsi planlaşdırılırdı. Komissiyanın bugünkü onlayn iclasında Şamaxı rayonunun Saqian kəndinin adının dəyişdirilməsi təklif olunurdu.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB