Rusiya Azərbaycanla hava əlaqəsini bu tarixdə bərpa edəcək

Rusiya Azərbaycanla hava əlaqəsini bu tarixdə bərpa edəcək

Rusiya iyulun 15-də ilk olaraq 8 MDB ölkəsi, o cümlədən Azərbaycanla koronavirus pandemiyası ilə əlaqədar dayandırılan beynəlxalq hava əlaqəsini bərpa edəcək. SİA-nın məlumatına görə, bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası bildirib.

Məlumata görə, bundan sonra avqustun 1-dən etibarən Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur.

Aviaşirkətlər iyunun ortalarından başlayaraq biletlərin satışını təşkil edə biləcək.

Qeyd edək ki, Rusiya martın 27-dən koronavirus pandemiyası səbəbi ilə digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb. Rusiyalıların xaricdən qayıtması üçün təşkil edilən uçuşlar və hökumət adından edilən müəyyən uçuşlar istisna təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə