Bakı-Quba yolunda tıxac yaranıb - FOTOLAR

Bakı-Quba yolunda tıxac yaranıb - FOTOLAR

Bakı-Quba yolunda uzun tıxac yaranıb. Bu barədə SİA-ya hadisə yedində olan əməkdaşımız xəbər verib.

Xəbərdə deyilir ki, tıxacı baş verməsi təsadüfi deyil. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından sonra tətbiq edilən iki günlük - şənbə və bazar günləri karantinindən sonra Bakıya qayıdan paytaxt sakinlərinin çox olması səbəbindən avtomobillərin hərəkətində çətinliklər yaranıb. Artıq iki saatdan çoxdur ki, sərnişinlər tıxacda qalıblar. Yol polislərinin cəhdlərinə baxmayaraq hələlik avtomobillərin normal hərəkətini tam olaraq bərba etmək mümkün olmayıb. Ən acınacaqlı vəziyyət Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən ərazidə yaşanır.

Qeyd edək ki, Bakı-Sumqayıt yolunda da böyük tıxac müşahidə edilir. "Xırdalan dairəsi" adlanan yerdə aparılan təmir-tikinti işləri səbəbindən də paytaxta giriş-çıxışda avtomobillərin hərəkətində çətinliklər yaranıb. Yolların genişləndirilməsi məqsədilə aparılan qazıntı işləri üzündən yolda avtomobillərin hərəkəti tamamilə dayanıb. Bir saatdan çox tıxacda qalan sürücü və sərnişinlər avtomobilləri tərk edərək yollara tökülüşüblər. Gedəcəyi ünvan nisbətən yaxın olanlar mənzil başına piyada addımlayırlar.

Qeyd edək ki,sərnişindaşıma avtobuslarında qalan sərnişinlər öldürücü koronavirus pandemiyasının bu halda daha geniş və sürətlə yoluxması ehtimalını nəzərə alaraq ciddi təşviş keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə