"Karantin tədbirlərinin icrası polisimiz üçün bir sınaq oldu" ÖZƏL - MÜNASİBƏT
"Koronavirus infeksiyası onların fəaliyyəti çərçivəsində özlərinə və ailələrinə təhlükə yaratsa da dövlət maraqlarını hər şeydən üstün tutaraq polis əməkdaşlarımız öz vəzifəsinin icrasındadırlar". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olan deputatı Azər Badamov həftə sonları tətbiq edilən 2 günlük sərt karantin rejimi ərzində polis əməkdaşlarının fəaliyyəti və vətəndaşların qaydalara riayət etmə tendensiyasından danışarkən deyib.
Onun sözlərinə görə, polis əməkdaşlarının bu sərt karantin rejimində fəaliyyəti müstəsna olub, lakin, vətəndaşlarımızın qaydaları ara-sıra pozması onların fəaliyyətinə mane olub: "Azərbaycan polisi xalqın və dövlətin təhlükəsizliyində, asayişin təmin olunmasında fədakarcasına xidmət edir. Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin tədbirlərinin icrası polisimiz üçün bir sınaq oldu. Polis əməkdaşları gecəni-gündüzə qataraq öz xidməti yerlərində qarşılarına qoyulmuş vəzifələri layiqincə icra edir. Hətta, koronavirus infeksiyası onların fəaliyyəti çərçivəsində özlərinə və ailələrinə təhlükə yaratsa belə dövlət maraqlarını hər şeydən üstün tutaraq polis əməkdaşlarımız öz vəzifəsinin icrasındadırlar. Azərbaycan polisinin bu yüksək vətənpərvər xidməti ancaq alqışa layiq hesab edilə bilər".
Millət vəkili bildirib ki, vətəndaşların bir qismi sərt karantin rejiminin qaydalarını pozsa da, polislərimizin fəaliyyəti vətəndaşlar tərəfindən müsbət dəyərləndirilir: "Çox böyük təəssüflər olsun ki, bəzi vətəndaşlarımız karantin tələblərini pozurlar. Bu da təbii ki, polis əməkdaşlarının fəaliyyətinə maneçilik törədir. Bəzi belə hallara baxmayaraq vətəndaşlarımız polis əməkdaşlarının işindən razıdırlar və onların fəaliyyətlərinə yüksək dəyər verirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB