Bakıda havanın temperaturu iqlim normasını 1,5 dərəcə ötüb

Milli Hidrometeorologiya Xidmətinin iyunun 7-si səhərədək olan məlumatına əsasən, əksər rayonlarda şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub. Xidmətdən SİA-ya bildirilib ki, düşən yağıntının miqdarı Oğuzda 14, Şamaxı, Kürdəmirdə 13, Hacıqabulda 10, Sabirabad, Kişçayda (Şəki) 9, Cəfərxanda 5 millimetr, Ağdərə (Ordubad), Lənkəranda 3, Sarıbaş (Qax), Mərəzədə 2, Qəbələ, Göyçay, Xınalıq, Zaqatala, Şahbuz, Salyan, Şahdağda 1 millimetr təşkil edib.

Bakıda havanın temperaturu iqlim normasını 1,5 dərəcə ötüb. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-29, Aran rayonlarında 29-32, dağlıq rayonlarda 19-23, Naxçıvan Muxtar Respublikasında 25-31 dərəcə isti olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə