Göyçay rayonuna leysan yağışı və dolu yağıb

Göyçay rayonuna leysan yağışı və dolu yağıb.

SİA xəbər verir ki, bu gün axşam saatlarında Göyçay şəhərinə və kəndlərə güclü leysan yağışı yağıb, rayonun Çərəkə və Xəlitli kəndlərinə isə dolu düşüb.

Dolu dənələri pomidor və xiyar istixanalarının selofan örtüyünü yararsız hala salıb, tərəvəz məhsullarını, ağaclardakı gilas, ərik və alçanı tələf edib, taxıl sahələrinə ziyan vurub.

Yağıntı səbəbindən kənd sakinlərinə xeyli maddi ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...