Gəncədə gücləndirilmiş karantin rejiminin ilk günü - FOTOLAR

Gəncədə iki günlük xüsusi karantin rejiminin tətbiqindən sonra ölkənin ikinci böyük şəhərində hərəkət tam məhdudlaşdırılıb. SİA-nın Gəncə bürosundan verilən məlumata görə, bu gün saat 00:00-dan başlayaraq şəhər tamamilə sükuta qərq olub. Sakinlər küçələrə çıxmır, mağazalar bağlanıb. Yaşayış massivləri və prospektlərdə sadəcə polis işçiləri və Daxili Qoşunların əsgərləri müşahidə olunur. Karantin rejiminin qaydalarına əməl etməyənlər cərimələnirlər. Həmçinin ictimai nəqliyyatın hərəkəti də tam dayanıb.

Qeyd edək ki, Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, iyunun 6-da saat 00:00-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...