Ağcabədi sakinləri Prezidentə minnətdarlıq edirlər

Azərbaycan Prezidenti İlham Əliyevin "Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhramtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" 4 iyun 2020-ci il tarixli Sərəncamı rayon sakinləri tərəfindən minnətdarlıqla qarşılanıb. Sərəncama əsasən, 14 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhramtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Ağcabədi rayon sakinləri bu Sərəncamı dövlətimizin başçısının bölgələrə göstərdiyi diqqət və qayğının təcəssümü kimi dəyərləndirirlər.

Ağcabədi rayonunun Avşar kənd sakini Güleyşə Quliyeva deyib: "Respublikanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da geniş tikinti-quruculuq, abadlıq işləri aparılır, sosial obyektlər inşa edilir, yollar çəkilir, əhalini narahat edən problemlər həll olunur. Biz ağcabədililər dövlətimizin başçısının diqqət və qayğısını daim üzərimizdə hiss etmişik. Prezident İlham Əliyevin rayonumuza səfərindən sonra imzaladığı Sərəncamlardan biri kənd yollarının tikintisi ilə bağlıdır. Bu, biz sakinlərin böyük sevincinə səbəb olub. Çünki yol mədəniyyət, rahatlıq, iqtisadi inkişaf deməkdir. Göstərdiyi yüksək diqqət və qayğıya görə Prezidentimizə rayon sakinləri adından minnətdarlığımı bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə