ADU-da Tələbə Elmi Cəmiyyətinin ənənəvi illik konfransı keçirilib - TƏDBİR
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransın plenar iclasını giriş sözü ilə açan ADU-nun rektoru, millət vəkili Səməd Seyidov Universitetdə elmi mühitin, elmi araşdırmaların ildən-ilə inkişaf etdiyini deyib. Onun sözlərinə görə, ali məktəb digər təhsil müəssisələrindən onunla fərqlənir ki, burada tədris elmlə birlikdə aparılır.
"Bu birlik nə qədər yüksək səviyyədə inkişaf edirsə, bu tədrisin keyfiyyətinin yüksəlməsinə öz məntiqi bəhrəsini verir. Əgər bir neçə illər bundan öncə tələbələr elmi sahəyə maraq göstərmirdisə, bu gün Universitetin tələbələri, magistrləri öz elmi əsərlərini müxtəlif jurnallarda nəşr etdirir, konfranslarda çıxış edirlər", - deyə o əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasında (AMEA) keçirdiyi görüşdə gənclərin elmi mühitə gətirilməsi ilə bağlı çıxışına toxunan S.Seyidov dövlət başçısının bu məsələ ilə əlaqədar dəyərli tövsiyələr səsləndirdiyini qeyd edib.
Tədbirin davamında çıxış edən ADU-nun elmi işlər üzrə prorektoru Dünyamin Yunusov isə konfransın gedişatı və strukturu haqqında məlumat verib. O bidlirib ki, plenar iclasda 4 məruzə səslənəcək. Prorektorun sözlərinə görə, 640 məruzənin daxil olduğu konfrans sonra 22 bölmədə öz işini davam etdirəcək. O əlavə edib ki, tələbələr müasir dövr üçün aktual olan məsələlərə rəy və təkliflərini bildirəcəklər.
Sonra tələbələrin çıxışları dinlənilib. Belə ki, 1 saylı İngilis dili fakültəsinin IV kurs tələbəsi Fatma Qurbanzadə "İngilis dilində atalar sözləri və zərb - məsəllərin struktur-semantik təhlili", həmin fakültənin II kurs tələbəsi Aygün Qurbanova "Riyakar erməni uydurmalarının kökləri", Alman dili fakültəsinin magistrları Elnarə Abdullayeva və Aygün Əmrahova müvafiq olaraq "Aşağı səviyyəli semiotik sistemlər (Arıların ünsiyyəti)" və "Alman və Azərbaycan nağıllarında ögey ana problemi" mövzularında çıxışlar ediblər.
Tələbə Elmi Cəmiyyətinin konfransı aprelin 30-da ADU-nun Heydər Əliyev adına muzey-lektoriyasında öz işini başa çatdıracaq.
Qeyd edək ki, tələblərin elmi potensialının üzə çıxması, onların elm sahəsində fəallığını istiqamətləndirmək məqsədilə təsis edilən TEC 1960-cı illərdə yaransa da, sonralar onun fəaliyətinə xitam verilib. 1998-ci ilin dekabrında isə öz fəaliyyətini yenidən bərpa edib və hər il konfranslar keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB