Çip tətbiq olunacaq ya yox? Bill Qeyts cavab verib

Yeni peyvəndlər hər kəsi idarə etməyə imkan verəcək, deyə bir qorxu koronavirusa qarşı peyvənd axtarışı fonunda yayılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, əsas müttəhim hər ittihamı rədd edir və özü də bunu “Business Insider” nəşrinə açıqlamasında ifadə edib.

Bill Qeyts peyvəndin köməyi ilə heç kəsə çip yerləşdirmək niyyətində deyil bunu sözügedən mətbu orqana açıqlayıb. Qeyts bu nəzəriyyəni təkzib edərək bu məsələnin əsaslı şəkildə olmadığını arqumentlərlə əsaslandırıb və qeyd edib ki, "bu çox axmaqdır".

Gennadi Onişçenko isə başlayan müzakirələri söndürməyə çalışıb və deyib ki, bu şəkildə çip yerləşdirmək istəsələr, koronavirus peyvəndlərini gözləməzlər və bunun üçün qripə qarşı vaksin tətbiqi, və ya körpəlikdə hər kəsin peyvənd edilməsi kifayət edər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə