“Sosial şəbəkələrə nəzarət gücləndirilməlidir” RƏY-ÖZƏL

Sosial şəbəkələrin nəzarətə götürülməsi ilə bağlı dünyanın əksər ölkələri çağırışla çıxış edir, hətta bəzi dövlət başçıları artıq bununla bağlı sərəncamda imzalayıblar. Təəccüblüdür ki, Azərbaycan müxalifətinin radikal qanadı bununla bağlı hay-küy salıb, yeri gəldi, gəlmədi açıqlamalar, bəyanatlar verirlər. Sual yaranır, onların narahatçılığını nə ilə izah etmək olar? SİA-ya açıqlamasında AGAAMC-nin sədri fəlsəfə doktoru, İlqar Orucov deyib bəzi ölkələrdə sosial şəbəkələrə nəzarətin gücləndirilməsi bağlı qərara qəbul etdiyini bildirdi.

Qeyd etdi ki, sosial şəbəkələr heç bir zaman nəzarətsiz qala bilməz və bütövlükdə böyük, qlobal mənada nəzarətsizdə deyil: “O ki, qaldı ayrı-ayrı dövlətlərində müvafiq qurumlarının sosial şəbəkələrə nəzarət etməsi, bu yanaşma çox doğru bir yanaşmadır. O baxımdan ki, hər bir dövlətin milli təhlükəsizliyi var, maraqları var və sosial şəbəkələr elə nəzarətsiz bir məkan deyil ki, burada kim nə istəyir onu yazsın... Əlbəttə ki, Azərbaycanda söz və fikir azadlığı, eyni zamanda insanların öz düşüncələrini ifadə etməklə bağlı heç bir problem yoxdur”.

İ.Orucov onu da bildirdi ki, Azərbaycanda insanlar sosial şəbəkələrdən istifadədə sərbəstdirlər, azaddırlar: “Bir məsələ var ki, sosial şəbəkələrdə bəzən olur ki, dövlət təhlükəsizliyi ilə bağlı təhdidlər, çağırışlar olur, əlbəttə ki, bunlar nəzarətsiz, cavabsız qala bilməz. Bununla bağlı müvafiq dövlətin qurumları işlər görməlidirlər və bunları da həyata keçirmək üçün müvafiq qanunvericilik bazası olmalıdır. Qanunvericilikdə bununla bağlı dəyişiklik olmalıdır. Düşünürəm ki, buna ehtiyac var, müxalifətin və yaxud kimin nə deməsindən asılı olmayaraq hər bir insanın milli təhlükəsizliyi, milli maraqları məsələsi var. Bir sözlə, hər bir dövlət bunu təmin etməyə ilk növbədə özlüyündə haqlıdır və bunu etməyə borcludur. Bu baxımdan da, sosial şəbəkələr bağlı müvafiq tənzimləyici qanun qəbul edilməlidir. Biz demirik ki, sosial şəbəkələr Azərbaycanda bağlansın, sosial şəbəkələrə məhdudiyyətlər olsun, sosial şəbəkələrdə qeydiyyat problemi olsun, əlbəttə ki, bununla bağlı Azərbaycan dövlətinin mövqeyi birmənalıdır ki, Azərbaycanda internet azad, sərbəst olacaq, sosial şəbəkələrə və digər vasitələrə çıxışla bağlı problem olmayacaq, amma bütövlükdə isə fikirləşirəm ki, əlbəttə ki, zərurət yaranacaqsa burada bəzi məsələlər müdaxilə mütləq şəkildə vacibdir. Eyni zamanda, bununla bağlı hər hansı çağırışlar etməyi cəhdi və güya burda hər hansı insanların fikirlərinin məhdudlaşdırılması ilə bağlı müxalifətin radikal qanadının çağırışlar etməsi çox yersizdir və elə bir şeydən söhbət gedə bilməz. Yalnız qeyd etdiyim kimi milli və qlobal mənada təhdidlərin qarşısı alınmaq, təhlükəsizliyin qarşısı almaq baxımından, bu cür təhlükəsizlik tədbirlərinin aparılması görülməsi olduqca vacibdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...