"Qaydaların sərtləşdirilməsi vətəndaşın sağlamlığına hesablanıb" - ŞƏRH

Koronavirus pandemiyası ilə bağlı Azərbaycan dövləti ilk gündən daim öz vətəndaşının yanında oldu. SİA-nın məlumatına görə, bunu açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi nəticəsində virusun ölkədə geniş yayılmasının qarşısı alındı: “Azərbaycanda vaxtında görülən sistemli tədbirlər nəticəsində virusun yayılmasının qarşısı alındı və epidemioloji vəziyyət nəzarət altına alındı. Bu səbəblə xüsusi karantin rejimindən mərhələli çıxış planı həyata keçirildi. Lakin təəssüflər olsun ki, karantin rejiminin yumşaldılmasından sonra ölkədə virusun yayılma surəti də artmağa başladı. Son 10 günün statistikası göstərir ki, gündəlik yoluxanların sayı sağalanların sayını xeyli üstələyir. Xəstəxanalarda koronaviruslu xəstələrin və eyni zamanda ağır vəziyyətdə olanların və vəfat edənlərin sayı artmaqdadır".

A.Nağıyev birldirib ki, bütün bunları nəzərə alaraq Operativ Qərargah həftə sonu sərt karantin rejiminin tətbiq edilməsi barədə qərar qəbul edib: "Burada əsas məqsəd vətəndaşın sağlamlığının qorunması və bu vəziyyətdən ən az itkilərlə çıxmasıdır. Burada hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir. Buna görə də düşünürəm ki, atılan addımlar tədqirəlayiqdir. Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə