“Keşikçidağ” ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

Xəbər verildiyi kimi, “Keşikçi-dağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstanın bir qrup vətəndaşı tərəfindən 2020-ci il iyunun 4-də dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlaşdırıldığına dair məlumatlar əldə olunub. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan–Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb.

Bir daha bildirilir ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin keşiyində qətiyyətlə dayanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə