Beynəlxalq reyslər 1 iyula qədər dayandırılır

Beynəlxalq uçuşların təşkil edilməsi ilə bağlı hazırda müzakirələr aparılır. Beynəlxalq avia şirkətlər bununla bağlı öz məlumatlarını veriblər. SİA-nın verdiyi məlumata görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyət üçün beynəlxalq uçuşların bərpası yaxın dövr üçün gözlənilmir: "Biz bu məsələni iyul ayının 1-nə qədər saxlamağı düşünürük".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə