“İnsan Hüquqları Aylığı” çərçivəsində videokonfrans keçirib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Astara rayon Heydər Əliyev Mərkəzi ilə birgə Müvəkkilin təşəbbüsü ilə ölkəmizdə elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində “Hər kəsin sağlamlığının qorunması və tibbi yardım almaq hüququ vardır” mövzusunda videokonfrans formatında tədbir keçirib. Videokonfransda Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Mərkəzin əməkdaşları və fəal gənclər iştirak ediblər.

Videokonfrans iştirakçılarını Ombudsmanın adından salamlayan Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkəmizin vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi bəyan edilib. O bildirib ki, Prezidenti İlham Əliyevin 2007-ci 18 iyun tarixli “Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən 18 iyun tarixi hər il respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu əlamətdar gün ərəfəsində Ombudsmanın təşəbbüsü ilə hər il 18 may - 18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı” elan olunduğu və insan hüquqları ilə bağlı silsilə tədbirlər keçirildiyi vurğulanıb.

Qeyd edilib ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhali qruplarının hüquqi maarifləndirilməsi, xüsusilə də sağlamlıq hüquqlarının təbliğinə əsaslanan məlumatlandırma tədbirləri müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə həyata keçirilir. Z.İsmayılov sağlamlıq hüququ, hazırkı pandemiya dövründə bu hüququn müdafiəsi, habelə karantin rejiminə və gigiyena qaydalarına əməl edilməsinin xüsusi əhəmiyyəti haqqında videokonfrans iştirakçılarına ətraflı məlumat verib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Müvəkkilin xüsusi karantin rejimi dövründə əhali qruplarının hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti barədə də iştirakçıları məlumatlandırıb.

Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova müzakirə olunan mövzunun əhəmiyyətindən bəhs edərək ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində mühüm tədbirlərin həyata keçirilməsi, tibbi-sosial yardımın bütün əhali qrupları üçün mümkünlüyü və bu sahədə əldə olunan uğurlar barədə danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...