"Peyvəndin hər kəsə çatması üçün əlimizdən gələni edəcəyik" HANDE HARMANCI

"Bu gün dünya koronavirus pandemiyasının birinci dalğasını yaşayır. İndi dünya COVID-19-la mübarizədə daha təcrübəlidir və vəziyyətə hakimdir. Artıq cəmiyyət olaraq hansı addımların atılmalı olduğunu bilirik. Hansı addımların daha səmərəli nəticələr verə biləcəyi bizə məlumdur". SİA-nın verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

H.Harmanci bildirib ki, hazırda bütün dünya tibb mütəxəssisləri tərəfindən peyvəndin hazırlanması ilə bağlı işlər aparılır: "Digər tərəfdən terapevtiq hallar üzərində də çalışılır. Peyvənd hazır olduqdan sonra onun hər kəsə ulaşılan olması üçün əlimizdən gələni edəcəyik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə