Koronavirusa daha 262 nəfər yoluxub, 72 nəfər sağalıb 2 nəfər vafat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 262 yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. SİA-nın verdiyi məlumata görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB sədri Ramin Bayramlı deyib.

R.Bayramlı qeyd edib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960 və 1963-cü il təvəllüdlü iki nəfər vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə 6522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib, 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322.574 test aparılıb".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə