Yoluxma və ölüm hallarının artması bir siqnaldır

Dünyanı bürüyən, artıq birinci mərhələsi başa çatan, hətta bəzi ölkələrdə ikinci dalğası müşahidə olunan, sosial və iqtisadi fəsadları getdikcə dərinləşən koronavirus pandemiyası hər bir ölkə üçün sınaq oldu. Təbii ki, hər bir dövlət bu sınaqdan az itki ilə çıxmaq üçün malik olduğu imkanlara, təcrübəyə uygun addımlar atır. Reallıq budur ki, əksər dünya ölkələrində koronavirus pandemiyasının istər insanların sağlamlığına, istərsə də iqtisadiyyata vurduğu zərbələr ölçüyəgəlməz dərəcədə böyükdür. Gündən-günə yoluxma və ölüm hallarının artması bir siqnal, çağırışdır.

Epidemiya başlayan gündən etibarən hər zaman olduğu kimi, Azərbaycan yenə də öz təkmil təcrübəsi ilə dünyanın diqqətində oldu. Ölkə daxilində, eyni zamanda, beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin məsələyə dərhal adekvat reaksiya verdiyini və bundan uğurla çıxmaq üçün təkmil yollar axtardığını ortaya qoydu. İnfeksiyaya yoluxma hallarının artmasının qarşısını almaq məqsədilə Operativ Qərargah müvafiq yerlərdə tibbi maskalardan istifadənin zərurliyi haqqında qərar qəbul edib. Eyni zamanda, Azərbaycanda epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib. Milli Məclis tərəfindən bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. infeksiyaya yoluxma hallarının artmasının qarşısını almaq məqsədilə Operativ Qərargah müvafiq yerlərdə tibbi maskalardan istifadənin zərurliyi haqqında qərar qəbul edib. Eyni zamanda, Azərbaycanda epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib. Milli Məclis tərəfindən bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.

Prezident İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Onun bu nümunəvi davranışı hər birimiz üçün çağırışdır. Əgər Ölkə rəhbəri bu addımı atırsa biz nə üçün etməyək? Cənab Prezident İlham Əliyev üçün vətəndaşlarımızın sağlamlığı hər bir məsələdən vacibdir. Məhz ona görə də qərarları,tapşırıqları və davranışları cəmiyyətimiz üçündür. Prezident İlham Əliyevin bütün çağırışarına xalqımız birmənalı olaraq hə deyir. Çünki, xalqın öz Liderinə olan inamı sonsuzdur. Bu elə bir virusdur ki, nəticələri çox acı olur, ona görə də Prezidentin çağırışına hər birimiz əməl edib bu bəladan qurtulmaq üçün birlik nümayiş etdirməliyik.

Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Ona görə də, prosesə ictimai nəzarət və ictimai qınaq vacib şərtlərdən biridir. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Məhz qaydalara riyaət etməklə, tövsiyələrə əməl etməklə infeksiyadan qoruna bilərik. Bu məsələdə hər kəs həmrəy olmalıdır.

Nəcibə Hüseynova,

Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə